İran prezidenti Paşinyanla telefonla DANIŞDI
İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
KONKRET.az İRNA-ya istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər qarşlılıqlı əlaqələri müzakirə ediblər. İbrahim Rəisi bildirib ki, iki ölkə arasında dərin tarixi əlaqələr mövcuddur. Tehran və İrəvan arasında davamlı iqtisadi əməkdaşlıq səviyyəsinin artırılması zəruridir.
"Üçtərəfli atəşkəs bəyanatını imzalayan dövlətlərin onun müddəalarına sadiq qalması və qalan məsələlərin dialoq və diplomatik yolla həlli Qafqaz regionunda sülh və təhlükəsizliyin bərqərar olmasının ən yaxşı yoludur" – deyə Rəisi qeyd edib.
Nikol Paşinyan telefon danışığı zamanı Azərbaycanla sərhəddə baş verən qarşıdurmalar barədə məlumat verib.
Ermənistanın Baş naziri də Tehran-İrəvan əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib və ölkəsinin iki ölkə arasında yüklərin tranzitini asanlaşdırmağa, infrastruktur, o cümlədən yol və enerji sahələrində əməkdaşlığı artırmağa hazır olduğunu vurğulayıb.

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?