İran rejiminin "boz kardinalı": Əhməd Vahidi kimdir? (DOSYE)

İran rejiminin Son bir ay ərzində ABŞ və İsrailin İranın yüksək rütbəli rəsmilərini hədəf alması fonunda Tehranın daxili iyerarxiyasında yeni və güclü bir liderin adı ön plana çıxmağa başlayıb.
Qərb siyasi dairələri və "The Telegraph" nəşrinin analitiklərinə görə, bu şəxs bir çoxlarının düşündüyü kimi parlament spikeri Məhəmməd Baqer Qalibaf deyil, SEPAH-ın yeni baş komandanı Əhməd Vahididir. Xameneyi ideologiyasına sadiqliyi ilə seçilən Vahidi, hazırda rejimin hərbi, kəşfiyyat və bürokratik strukturlarında misilsiz təsir imkanlarına malikdir.
KONKRET.azxəbər verir ki, Əhməd Vahidinin yüksəlişi 2005-ci ildə Mahmud Əhmədinejadın prezidentliyi dövründə başlayıb və o, dövlət bürokratiyasının milliləşdirilməsi və hərbiləşdirilməsinin əsas təşəbbüskarlarından biri olub. 2018-ci ildə Ali Milli Müdafiə Universitetinin rəhbəri təyin edilən Vahidi, mərhum Ali Rəhbər tərəfindən teokratik sistemin tam hərbiləşdirilməsi planını hazırlamaqla vəzifələndirilib. Ekspertlərin fikrincə, o, yeni Ali Rəhbər Müctəba Xameneyinin hakimiyyətini qoruyan və sistemin dağılmasının qarşısını alan əsas fiqurdur. Qalibafdan fərqli olaraq, Vahidinin daxili siyasi rəqibləri azdır və o, güc strukturlarında mütləq etibara sahibdir.
Analitiklər xəbərdarlıq edirlər ki, Müctəba Xameneyi və Əhməd Vahidi tandemi tərəfindən idarə olunan İran daha praqmatik deyil, əksinə, daha sərt və təhlükəli bir modelə – "İslamçı Şimali Koreya"ya çevrilə bilər. Məhz bu səbəbdən, beynəlxalq şərhçilər hazırkı hərbi kampaniyanın dayandırılmasının uzunmüddətli perspektivdə daha böyük təhdidlərə yol açacağını vurğulayırlar. Vahidinin rəhbərliyi altında rejimin daha da qapalısı və aqressivləşməsi ehtimalı bütün region üçün ciddi narahatlıq doğurur.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 27 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun sonxəbərlər en son xeberler bu gun krminal bu gun