İran-Rusiya yaxınlaşması fonunda ZƏNGƏZUR DƏHLİZİ - ÖZƏL AÇIQLAMA

İran-Rusiya yaxınlaşması fonunda ZƏNGƏZUR DƏHLİZİ - ÖZƏL AÇIQLAMAİran Ukrayna ilə müharibə üçün Rusiyaya ballistik raketlər vermək istəyir. İran Ukraynaya qarşı müharibə üçün "yer-yer" tipli ballistik raketləri Rusiyaya ötürməyi planlaşdırır. Bu, ABŞ-ın müttəfiq dövlətlərindən birinin kəşfiyyatının gəldiyi nəticədir.
KONKRET.az xəbər verir ki, kəşfiyyatçılar artıq ABŞ və Ukraynanı məlumatlandırıblar. Bu barədə "Washington Post"-a iki amerikalı məmur məlumat verib. Bu xəbər təkzib olunsa da, son dövrlər Tehran ilə Moskva arasında məcburi yaxınlaşma hiss olunur.
Bəs İran-Rusiya yaxınlaşması Cənubi Qafqaza, Qarabağ və Zəngəzur dəhlizinə necə təsir edə bilər? Bu barədə özəl olaraq bizə danışan politoloq Tural İsmayılov bildirib ki, İranın Zəngəzurla bağlı mövqeyi kifayət qədər yanlışdır:
"İran 30 il ərzində Azərbaycan torpaqlarının işğal faktına o qədər də ciddi səs çıxarmayıb. Ermənistana hansısa ciddi təzyiqlər etməyib. Bu gün isə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra regionda gerçəkləşəcək iqtisadi-kommunikasiya xətlərindən, eyni zamanda Azərbaycanla Türkiyə arasında formalaşacaq quru yolundan öz narahatlığını açıq formada ifadə edir. Lakin hesab edirəm ki, Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən irəli sürülən 3+2, faktiki olaraq 2+2 (əvvəlcə 3+3 idi – Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, Rusiya, İran) formatında baş tutacaq görüşlər İranın özü üçün də yeni iqtisadi manevr imkanları qazandırır. Bu baxımdan İranın Zəngəzur dəhlizinin əleyhinə çıxış etməsi və eyni zamanda İran mediasi, hərbi-siyasi dairələrində Zəngəzur dəhlizi ilə bağlı provokasyon "fikirlər"in səslənməsi Azərbaycanın İrana qarşı səmimi qonşuluq siyasətilə əsla üst-üstə düşmür".
Politoloq əlavə edib ki, regiondakı kommunikasiya xətlərində Rusiya da öz marağını ifadə edir. Özəlliklə Rusiya-Ukrayna müharibəsindən sonrakı dövrdə Zəngəzur dəhlizinin açılması Rusiyanın iqtisadi maraqlarına zərbə deyil:
"Rusiya başa düşür ki, Zəngəzur dəhlizi Cənubi Qafqazın yenidən dirçəlməsi, regionun iqtisadi-siyasi təsir imkanlarının daha artmasına səbəb olur. Ona görə də Zəngəzur dəhlizinin açılmasında Kreml öz maraqlarını ehtiva edir. Eyni zamanda, Rusiyanın moderatorluğu altında Azərbaycanla Ermənistan arasında həm sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar gedir, həmçinin bir çox məsələlər müzakirə edilir. Rusiya İrəvan-Ankara münasibətlərinin yaxşılaşdırılmasında maraqlı olduğunu da ortaya qoyub. Əlbəttə ki, bu kontekstdə İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşmür.
Lakin Moskva-Tehran yaxınlaşması ilə yanaşı Zəngəzur dəhlizi məsələsində Rusiyanın İranı inandırma qabiliyyəti daha çoxdur. Çünki İran ideoloji baxımdan Rusiyaya çox da qıcıq yanaşmır. Baxmayaraq ki, Kremli özünə siyasi rəqib hesab edir. İstənilən halda mən hesab edirəm ki, Zəngəzur dəhlizi reallaşacaq və burada İranın mövqeyi sonuna qədər sərt olsa da, Azərbaycan üçün əhəmiyyət kəsb etməyəcək",- deyə Tural İsmayılov şərhini tamamlayıb.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 17 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son məlumatlar kriminal bugun xəbər az zelzele