Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLAR

Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLARNeftçala rayonunda Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anadan olmasının 41 illiyinə həsr olunmuş mərasim keçirilib.
azxeber.com Yenicag.az-a istinadən xəbər verir ki, mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdən əvvəl tədbir iştirakçıları tərəfindən Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLARŞəhidin ailəsinin yaşadığı Həsənabad qəsəbəsində davam edən tədbir Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respubikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLARNeftçala RİH başçısı Mirhəsən Seyidov tədbirdə çıxış edərək bildirib ki, vətənə Zakir Məcidov, Samid İmanov, Camal İsmayılov kimi qəhrəmanlar, neçə-neçə igid oğullar  bəxş edən torpaqda qeyd olunan Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun doğum günü mərasimində qəhrəmanımızın timsalında vətənin hünər salnaməsinə adını bəxş etmiş bütün şəhidlərimiz xatırlanır.
Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLARTədbirdə Millli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Camal İsmayılovun döyüş yoldaşı, Əfsanəvi taborun qəhrəman şəhidlərindən biri kiçik gizir Kərim Əliyevin atası Məhəmmədəli Əliyev, Vətən müharibəsi iştirakçısı, "Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları" İB-nin sədri Bəhruz Məmmədzadə, şəhid Şahlar Məmmədovun anası Əzizə Məmmədova və Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova çıxış edərək şanlı hərb qələbəmizdən, dövlət, xalq, ordu birliyindən söz açaraq bu qələbədə xüsusi payı olan ordumuzun peşəkarlığından bəhs ediblər, şəhid Camal İsmayılov haqqında öz xatirələrini bölüşüblər.
Müxtəlif bədii-kompozisiyalardan ibarət təşkil olunmuş tədbirdən sonra Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun doğulub boya başa çatdığı evdə xatirə guşəsinə baxış keçirilib. Daha sonra Neftçala rayonu, Həsənabad qəsəbəsində şəhidin xatirəsinə ehsan mərasimi təşkil olunub.
Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.
Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLARNeftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLARNeftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLAR

Sosial       Tarix: 08 iyul 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Günəş altında bu saatlarda ehtiyatlı olun: Dəri xərçəngi riskini artıra bilər

Yay aylarında tez-tez rast gəlinən günəş yanıqları təkcə müvəqqəti qızartıya səbəb olmur. Mütəxəssislərin sözlərinə görə, uzun müddət qorunmadan günəş altında qalmaq dəri hüceyrələrinin DNT-sində zədələnmələr yarada, erkə

Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Biznes Məktəbində MBA proqramı üzrə təhsil almağın bir sıra üstünlükləri var. Bizim.Media xəbər verir ki, sözügedən MBA proqramı gələcəyin rəhbərləri, sahibkarları və qərarvericilər

Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək

Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq ediləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi ilə bağlı fərman imzaladığı "Ümumi təhsil haqqında" qanuna edilə

Rüfət Əhmədzadə vəfat etdi

Jurnalist, şair və tərcüməçi Rüfət Əhmədzadə vəfat edib. xəbər verir ki, onun vəfatı ilə bağlı məlumatı tanınmış jurnalist Rəbiyyə Zərdabi paylaşıb. . Qeyd edək ki, Rüfət Əhmədzadə uzun illər jurnalistika və ədəbi yaradıcılı

Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi

Baş Prokurorluğun vəsatəti əsasında Özbəkistan Respublikasının Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanı

Türkiyədə dollar durmadan bahalaşır – Azərbaycanı nə gözləyir?

Türkiyə lirəsi ardıcıl 27-ci həftə tarixi minimumunu yeniləyir. Bildirilir ki, milli valyutanın dollar qarşısında rekord səviyyədə ucuzlaşması Türkiyə ilə yanaşı, onun iqtisadi və siyasi təsir dairəsində olan ölkələr üçü

İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU

İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən motosiklet sürücüsü Nihad Allahverənovun fotosu yayılıb. Hadisə ötən gün baş verib. Qəza "Opel" markalı minik avtomobili il

Ucuz bilet almaq istəyənlərin diqqətinə - Açıqlama

İstirahət mərkəzləri, hotellər və ya turizm xidmətləri üçün bazar qiymətindən xeyli aşağı məbləğ təklif edərək vətəndaşlardan əvvəlcədən ödəniş alınması, lakin sonradan xidmətin göstərilməməsi və ya ümumiyyətlə belə təklifi

Cəlilabadda avtomobil uşağı vurdu

Cəlilabad rayonunda 8 yaşlı uşağın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsind


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun 2026 ən son xəbərlər bugün xeberler az son xeberler az