İran Rusiyadan müdafiə sistemləri alır: 500 milyon avroluq gizli müqavilə
İran Rusiya ilə daşına bilən hava hücumundan müdafiə sistemlərinin alınması üçün 500 milyon avro dəyərində gizli müqavilə imzalayıb. Bu barədə Financial Times qəzeti sızdırılmış Rusiya sənədlərinə və razılaşma ilə tanış mənbələrə istinadən məlumat yayıb.
KONKRET.az xəbər verir ki, məlumata əsasən, müqavilə minlərlə qabaqcıl portativ hava hücumundan müdafiə sistemi alınmasını nəzərdə tutur və tərəflər arasında gizli şəkildə bağlanıb.
Sənəd 2025-ci ilin dekabr ayında Moskvada imzalanıb. Müqaviləyə əsasən, İrana 500 ədəd "Verba" tipli portativ buraxılış qurğusu və 2500 ədəd 9M336 raketi çatdırılacaq. Təchizatın 2027–2029-cu illər arasında üç mərhələdə həyata keçirilməsi planlaşdırılır.
Mənbələrin bildirdiyinə görə, müqavilə Rusiyanın dövlət silah ixracatçısı olan Rosoboronexport şirkəti ilə İran Müdafiə Nazirliyi və İran Silahlı Qüvvələrinin Logistika İdarəsinin nümayəndələri arasında imzalanıb.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq