İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya
"Azərbaycanla İran arasındakı münasibətlərdə inkişaf müşahidə olunmalıdır. Bu da ondan irəli gəlir ki, biz qonşu və qohum xalqlarıq, müxtəlif sahələrdə ortaq maraqlarımız var. Çalışmalıyıq ki, bütün imkanlardan istifadə edərək iki ölkənin və xalqın maraqlarını təmin edəcək şəkildə əməkdaşlıq edək".
KONKRET.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.
Səfir "Sahar Azəri" kanalında guya Türkiyədə azərbaycanlı hicablılara dəstək məqsədilə aksiya keçirildiyi barədə yayılan məlumatla bağlı suala da cavab verib.
"Çalışmalıyıq ki, hər hansı xəbər və hadisə münasibətlərimizə mənfi təsir göstərməsin. Açığı, nümayəndə heyətləri ilə görüşlərim olduğuna görə bu xəbəri görməmişəm. Amma razıyam ki, dezinformasiya münasibətlərimizə mənfi təsir göstərməməlidir. Münasibətin sağlamlaşdırılmasına mane olan amilləri aradan qaldırmağa çalışmalıyıq. Qarşılıqlı maraqlarımız yalnız ikitərəfli anlaşma yolu ilə təmin oluna bilər", – deyə səfir bildirib.

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
"Real Madrid"in ulduzu bu komandaya gedir
"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
Qarabağdan Qars müqaviləsinə qədər – Türkiyə ilə danışıqlar Ermənistanda qalmaqal yaratdı
Dollar bu gün neçəyə satılır?
Qaradağda məktəb direktorunun maşını yandırıldı
Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib
İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi
Türkiyədə mikroavtobus aşıb, 20-dən çox insan xəsarət alıb