Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edibAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə azxeber.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan-Qətər münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıblar.
15 oktyabr 2026-cı il tarixində Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı məmnunluqla qeyd olunub.
Görüşdə həmçinin qarşı tərəfə Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi prioritetləri və Bakıda keçiriləcək İƏT-in Zirvə Görüşü barədə məlumat verilib.
Bununla yanaşı, Yaxın Şərqdə və digər regionlarda mövcud vəziyyət, regional və beynəlxalq təhlükəsizlik məsələləri, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə həmçinin, Azərbaycan və Qətər Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Yalçın Rəfiyev, Qətər tərəfindən isə xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi rəhbərlik edib. Məsləhətləşmələr çərçivəsində ikitərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iqtisadi və humanitar sahədə əməkdaşlıq imkanları müzakirə olunub.
Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edibCeyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Siyasi       Tarix: 28 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Hiyləgər plan: Putin 13 canişin hazırlayır - Rusiyanı kim idarə edəcək?

Rusiya prezidenti Vladimir Putin ölkənin idarəetmə sistemini yenidən formalaşdırmağa çalışır. Lakin görünən odur ki, o, özünə vahid varis seçmək niyyətində deyil. Əvəzində hakimiyyətin davamlılığını təmin edə biləcək, yaxı

Trampın vaxtı daralır – Rusiya və Ukrayna arasında sülh nə qədər realdır?

Rusiya, Ukrayna və ABŞ arasında Əbu-Dabidə növbəti üçtərəfli görüşün keçirilməsi ilə bağlı müzakirələr aparılsa da, danışıqların konkret tarixi hələ müəyyənləşməyib. Əvvəlki görüşdə hərbi əsirlərin mübadiləsi ilə bağlı əld

Ceyhun Bayramov üçtərəfli əməkdaşlıq formatından danışdı: Növbəti görüş Gürcüstanda keçiriləcək

Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq müxtəlif istiqamətlərdə uğurla davam etdirilir. Bu format çərçivəsində xarici işlər nazirlərinin növbəti görüşünün Gürcüstanda keçirilməsi nəzərdə tutulur. xəbə

Nazir Ermənistana daşınan yüklərdən danışdı

Azərbaycan-Gürcüstan nəqliyyat əlaqələrində yeni imkanlar yaranıb. Ermənistan istiqamətində yük tranzitinin təmin olunması və neft məhsullarının bu ölkəyə Gürcüstan üzərindən çatdırılması regional əməkdaşlıq baxımından mühü

TRİPP layihəsi gündəmdə - "ABŞ olmasaydı…

Ermənistan hökuməti TRIPP layihəsinin icrası üçün yaradılacaq şirkətin səhmdarları arasında bağlanacaq sazişi təsdiqləyib. Sənədi imzalamaq səlahiyyəti Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinə verilib. Ermənistanı

"Yeni səhifə açdıq" – Estoniyalı nazir Azərbaycana səfərinin məqsədini açıqladı

"Estoniyanın Azərbaycanda səfirliyinin açılması iki ölkə arasında münasibətlərin inkişafı baxımından uzunmüddətli öhdəliyin göstəricisidir". xəbər verir ki, bu sözləri Estoniyanın xarici işlər naziri Marqus Tsahkn

"Axşam nazir Ceyhun Bayramovla birlikdə "Sabah"a azarkeşlik edəcəyəm"

Bu axşam "Sabah" futbol klubuna azarkeşlik edəcəyik. KONKRET.azxəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. Nazi

Avropada 1,6 trilyon avroluq büdcə davası – liderlər razılaşa bilmirlər

Avropa İttifaqının liderləri Brüsseldə keçirilən sammitdə 2028-2034-cü illər üçün yeni yeddi illik büdcə barədə razılığa gələ bilməyiblər. xarici mediaya istinadla xəbər verir ki, Almaniya kansleri Fridrix Merts danışıqları

Bu gün Kəlbəcər Şəhəri Günüdür

Bu gün - noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür, Ermənistan işğalçı ordusunun rayonu tərk etməsindən 6 il ötür. -un xəbərinə görə, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrı


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezenesi beynelxalq bank mezenne enson xeberler maliyye xeberler bugun