İran Ukrayna təyyarəsini vuran 10 hərbçini HƏBS ETDİ
İranda məhkəmə 10 hərbçini 2020-ci ildə Ukraynaya məxsus "Boeing" sərnişin təyyarəsinin vurulmasında günahkar hesab edərək həbs cəzasına məhkum edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, məkəmə hərbi komandirə 10 il həbs cəzası verib.
Bildirilib ki, iş üzrə digər doqquz müttəhim bir ildən üç ilədək müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737" təyyarəsi 2020-ci il yanvarın 8-nə keçən gecə Tehran hava limanından qalxdıqdan sonra qəzaya uğrayıb. Tehran-Kiyev marşrutu üzrə PS752 reysini həyata keçirən təyyarədə altı ölkənin – İran, Kanada, Ukrayna, İsveç, Əfqanıstan və Böyük Britaniya vətəndaşları olub. 11 ukraynalı (9 ekipaj üzvü və 2 sərnişin) daxil olmaqla 176 nəfərin hamısı həlak olub. Hadisədən bir neçə gün sonra rəsmi Tehran təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.
Məlumata görə, beş ölkə İranı vurulan "Boeing"ə görə təzminat ödəməkdən imtina etməkdə ittiham edib.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir