İran ultimatum verdi: Danışıqlar pozulur
ABŞ-İran arasında əldə olunduğu bildirilən atəşkəs fonunda regionda yeni gərginlik dalğası formalaşır.
KONKRET.az xəbər verir ki, The Wall Street Journal İranın vasitəçilərə İslamabadda planlaşdırılan görüşdə iştirakını Livandakı vəziyyətlə şərtləndirdiyini yazıb.
Məlumata görə, Tehran açıq şəkildə bildirib ki, əgər İsrail Livana hücumları dayandırmasa, Pakistan paytaxtında keçirilməsi nəzərdə tutulan danışıqlara qatılmayacaq. Bu isə artıq əldə olunduğu deyilən diplomatik razılaşmanın taleyini sual altına salır.
Digər tərəfdən, CNN İsrailin bu atəşkəs barədə son anda məlumatlandırıldığını və bundan narazı qaldığını bildirir. Qeyd olunur ki, Təl-Əviv razılaşmaya könülsüz qoşulub və Livanın bu prosesə daxil edilməsinə qarşı çıxıb. Məlumata əsasən, ABŞ prezidenti Donald Tramp da sonradan Livanın razılaşmadan kənarda saxlanılması variantını qəbul edib.
Eyni zamanda, bölgədə gərginliyi artıran digər mühüm faktor Hörmüz boğazı ilə bağlı açıqlamalardır. İran tərəfi bildirib ki, artıq boğaza nəzarət onların əlindədir və bütün gəmilər keçid üçün SEPAH Dəniz Qüvvələrindən icazə almalıdır. Əks halda, həmin gəmilərin hədəfə alınacağı və məhv ediləcəyi ilə bağlı xəbərdarlıq olunub.
Beləliklə, formal olaraq atəşkəsdən danışıldığı bir vaxtda, Livan istiqamətində davam edən hərbi əməliyyatlar və İranın sərt şərtləri regionda vəziyyətin son dərəcə qeyri-sabit olduğunu göstərir. Mövcud şəraitdə danışıqların baş tutub-tutmayacağı və atəşkəsin davamlı olub-olmayacağı ciddi sual altındadır.//Müsavat.com

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK