İran və ABŞ arasında İslamad danışıqları tamamilə donduruldu
Yaxın Şərqdə gərginliyin azaldılması üçün böyük ümidlə gözlənilən İran-ABŞ diplomatik təmasları dalana dirənib. "Al-Arabiya" telekanalının Pakistanın yüksək rütbəli rəsmi mənbələrinə istinadən yaydığı məlumata görə, tərəflər arasında İslamad şəhərində keçirilməsi planlaşdırılan danışıqlar prosesi qeyri-müəyyən müddətə dondurulub. Mənbə qeyd edir ki, hazırda danışıqların tamamilə ləğv edilməsindən söhbət getməsə də, proses faktiki olaraq hərəkətsiz qalıb.
KONKRET.az xəbər verir ki, danışıqların bərpa olunması üçün həm Tehranın, həm də Vaşinqtonun ciddi güzəştlərə getməsi tələb olunur. Pakistan hakimiyyəti hazırda vasitəçilik missiyasını davam etdirərək, İran tərəfini nümayəndə heyətini İslamad şəhərinə göndərməyə razı salmağa çalışır. Lakin Tehran administrasiyası ölkəyə tətbiq edilən iqtisadi embarqoların aradan qaldırılmasını müzakirələrin başlanması üçün əsas şərt hesab edir və bu məsələni ən böyük maneə kimi görür. Mövcud vəziyyət göstərir ki, tərəflər arasında qarşılıqlı etimadın olmaması regional sabitliyə yönəlmiş diplomatik cəhdləri boşa çıxarır.
Natiq Səlim,
KONKRET.az

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK