İran və Azərbaycan SES-lərin maliyyələşdirilməsi ilə bağlı sənəd imzaladı

İran və Azərbaycan SES-lərin maliyyələşdirilməsi ilə bağlı sənəd imzaladıİran və Azərbaycan arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaq və su elektrik stansiyalarının (SES) üzərində iki bəndin birgə tikintisini sürətləndirəcək sənəd imzalanıb.
azxeber.com "Report"a istinadən xəbər verir ki, bunu Bakıda birgünlük səfərinin sonunda çıxış edən İranın energetika naziri Əli Əkbər Mehrabian bildirib.
Onun sözlərinə görə, Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyaları üzərində bəndlərin tikintisi üzrə işlər sürətləndiriləcək.
Mehrabian əlavə edib ki, İran-Azərbaycan əlaqələrinin mühüm məsələlərindən biri su ehtiyatlarını idarə edilməsi və su elektrik stansiyalarında elektrk enerjisinin əldə edilməsi üçün Araz sərhəd çayına birgə sərmayə qoymaqdır.
İranlı nazir bildirib ki, səfər zamanı çox yaxşı razılaşma əldə edilib və iki ölkə arasında mühüm sənəd imzalanıb. Bunun əsasında müvafiq maliyyələşmə ilə iki bəndin tikintisi sürətlənəcək. İki bənd 1,7 milyard kubmetr su saxlaya bilər və onlara bitişik tikilən su elektrik stansiyaları tərəfindən təxminən 300 meqavat elektrik enerjisiı istehsal olunacaq".
Araz çayı üzərində və İranla sərhəddə yerləşən iki SES-in ümumi gücü 280 meqavatdır. O cümlədən "Xudafərin" SES-in gücü 200 meqavat, "Qız Qalası" SES-in gücü isə 80 meqavatdir. Hər iki elektrik stansiyasının 716 milyon kVt/s elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, onun da 50/50 prinsipi ilə 358 mliyon kVt/s-ı Azərbaycanın, bir o qədəri də İranın payına düşəcək.
Xatırladaq ki, Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaq və SES-lərin tikintisinə 1992-ci ildə başlanılıb. Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini işğal etdikdən sonra tikinti işləri dayanıb və yalnız 2016-cı ildə İranla əldə olunmuş razılığa əsasən bərpa edilib. Yeni sazişdə tikintinin davam etdirilməsi ilə yanaşı su ehtiyatlarından və elektrik enerjisindən birgə istifadə də öz əksini tapıb. Həmçinin, sazişdə "Xudafərin" körpüsünün birgə mühafizəsi də öz əksini tapıb.
Qeyd edək ki, SES-lərin tikintisinin 2-2,5 ilə yekunlaşdırılması nəzərdə tutulub.

Siyasi       Tarix: 14 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza


yeni xeberler son xeberler azerbaycan xeberleri axsam az xeberler krimnal bugun cəbhədən son durum sonxabar