İran xaos astanasında: Xamenei misli görünməmiş təhlükə ilə üz-üzədir

İran xaos astanasında: Xamenei misli görünməmiş təhlükə ilə üz-üzədirİranın ali dini lideri Ayətullah Əli Xamenei 36 illik hakimiyyəti dövründə ən ciddi böhranla üzləşib.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi yazıb.
ABŞ-ın artan təzyiqi, iqtisadi sanksiyalar və ölkə daxilində zorakılıq hallarının çoxalması Tehranın vəziyyətini daha da mürəkkəbləşdirir.
Agentliyin qeydinə görə, 86 yaşlı Xamenei əvvəlki illərdə daxili etirazları yatırmağa, siyasi rəqiblərini kənarlaşdırmağa və Qərbə qarşı regional ittifaqlar formalaşdırmağa nail olub.
Ekspertlər hesab edirlər ki, onun İslam Respublikasına sadiqliyi və ABŞ-a qarşı barışmaz mövqeyi İranın artan gərginliyə reaksiyasını müəyyən edəcək. Bildirilir ki, danışıqları uzatmaq bacarığı və hakimiyyətin bütün qolları üzərində nəzarət Xameneiyə xarici təzyiqlər fonunda mövqeyini qorumağa imkan verib.
Eyni zamanda, iranlı deputat Salar Vilayətmədar ABŞ hərbçilərinin İran sahilləri yaxınlığında mövcudluğunun qaçılmaz müharibə anlamına gəlmədiyini bildirib. Onun sözlərinə görə, narahatlıq cəmiyyətin yalnız kiçik hissəsini əhatə edir və CENTCOM komandanının danışıqlarda iştirakı "ictimai jest" xarakteri daşıyır.
Deputat qeyd edib ki, zərurət yaranarsa, İran əlçatan məsafədə yerləşən hərbi bazaları hədəfə almaq imkanına malikdir.
CBS telekanalının məlumatına görə, ABŞ prezidenti Donald Tramp şənbə günündən etibarən İrana mümkün zərbələrə hərbi qüvvələrin hazır olması barədə məlumatlandırılıb, lakin yekun qərar hələ qəbul edilməyib. ABŞ regiona təxminən 70 hərbi yük təyyarəsi və 50 qırıcı göndərib. Oman körfəzində bir aviadaşıyıcı zərbə qrupu, İsrail sahilləri yaxınlığında Aralıq dənizində isə daha bir qrup yerləşdirilib.
Davam edən nüvə danışıqları fonunda İran ABŞ ilə iqtisadi əməkdaşlıq imkanlarını da istisna etmir. Neft naziri Möhsən Paknejad "hər şey mümkündür" deyə bildirib. Xarici işlər nazirinin müavini Həmid Kənbəri isə neft və qaz sahəsində birgə layihələrin, mədən sənayesinə investisiyaların və təyyarə alışı məsələlərinin müzakirə olunduğunu açıqlayıb. "Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyinin bir hissəsidir", – deyə səfir əlavə edib.
O, bildirib ki, Rusiya ilə mümkün razılaşmada zəif təhlükəsizlik təminatları gələcəkdə yeni hücum risklərini artıra bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 22 fevral 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler son xeber.az cəbhədən son durum bu gunun xeberleri