İran XİN-dən Qarabağdakı qondarma "seçkilərlə" bağlı AÇIQLAMA
İran XİN-dən Qarabağdakı qondarma "seçkilərlə" bağlı AÇIQLAMA
İran Xarici İşlər Nazirliyi (XİN) Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçiriləcək qondarma "seçkilərin" Qarabağ münaqişəsinin həllini çətinləşdirəcəyi ilə bağlı xəbərdarlıq edib.
"TRT Haber"in məlumatına görə, bu barədə İran XİN-in sözçüsü Abbas Musəvi Dağlıq Qarabağda bu gün keçirilməsi nəzərdə tutulan qondarma prezident və parlament "seçki"ləri ilə bağlı açıqlamasında bildirib.
"Biz iki qonşumuz – Azərbaycan və Ermənistan arasındakı problemlərin həllini çətinləşdirəcək və qarışıq hala gətirəcək istənilən təşəbbüsdən imtina edilməsinin zəruriliyinə inanırıq", - deyə A.Musəvi bildirib.
"Seçki"lərin bölgədəki gərginliyi artıracağına işarə edən A.Musəvi deyib ki, İran bölgədə gərginliyi və anlaşılmazlığı artıracaq istənilən addıma qarşıdır.
O, bununla yanaşı, Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə həllinin əhəmiyyətini vurğulayıb. /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var