"İran yolu ən qısa, ən ucuz və ən təhlükəsiz yoldur" - İran səfiri
"Şərq-Qərb dəhlizi Çindən Avropaya yüklərin tranziti üçün ən mühüm marşrutlardan biridir və qlobal yol qovşağı kimi İran bu dəhlizin bir hissəsində yerləşir".
KONKRET.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib:
"Şərq-Qərb marşrutu Çin, Orta Asiya, Azərbaycan, İran, Naxçıvan, Türkiyə və Avropanı əhatə edir. Yeri gəlmişkən, İran ərazisi ən yaxşı, ən qısa və ən təhlükəsiz yoldur".
İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş bununla bağlı deyib: "Araz keçidinin tikintisi Şərq-Qərb marşrutunu tamamlayacaq və beynəlxalq dəhlizə çevriləcək".
İranın İnfrastruktur Tikintisi Şirkətinin baş direktoru Xademi isə bildirib: "Araz dəhlizi" kimi tanınan Şərq-Qərb infrastrukturu Azərbaycandan gələn və İrandan keçərək Türkiyə və digər ölkələrə birləşməsini nəzərdə tutur.
Araz çayı üzərində iki ölkəni birləşdirəcək Ağabənd körpüsünün tikintisi Şərq-Qərb marşrutu üzrə Araz keçidinin tamamlanması istiqamətində görülən tədbirlərdən biridir".
Bu arada, İranın Azərbaycanla sərhədləri bu keçidin magistral yolu kimi Şərq-Qərb keçidinin ən mühüm marşrutlarından biri hesab edilir və iki ölkənin nəqliyyat sahəsində infrastrukturunun gücləndirilməsi məqsədi ilə tamamlanacaq.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi