İrana hücumun ŞOK DETALLARI: Öncə havadan vurulacaq, ardınca isə

İrana hücumun ŞOK DETALLARI: Öncə havadan vurulacaq, ardınca isəYaxın Şərq yenidən böyük qarşıdurma xəbərləri ilə çalxalanır. Son aylarda İranın vurulacağına dair iddialar sosial şəbəkələrdən beynəlxalq mediaya qədər geniş yayılıb.
Siyasi şərhçi Cavanşir Abbaslı mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında son aylarda İran ətrafında yayılan hərbi müdaxilə iddialarının artdığını bildirib.
Onun sözlərinə görə, xüsusilə İran və İsrail arasında baş verən 12 günlük məlum qarşıdurmadan sonra Tehranın vurulacağı ilə bağlı xəbərlər intensivləşib:
"Son bir ayda bu tip iddiaların sayı daha da artıb. Bunun əsas səbəbi İranda baş verən xalq üsyanlarıdır. Etirazların zorakılıqla yatırılmasından sonra ABŞ tərəfindən səslənən bəzi dəstək xarakterli açıqlamalar İranın tezliklə hədəfə alınacağı ilə bağlı iddiaları daha da gücləndirdi."
İrana hücumun ŞOK DETALLARI: Öncə havadan vurulacaq, ardınca isəCavanşir Abbaslı qeyd edib ki, ABŞ prezidenti Donald Trampın "kömək yoldadır" məzmunlu açıqlamasının sonradan dezinformasiya kimi qiymətləndirilməsi bu xəbərlərin bir qədər səngiməsinə səbəb olub:
"Həmin açıqlamanın reallığı əks etdirmədiyi məlum olduqdan sonra İranın vurulacağına dair iddiaların sayı da azalmağa başladı.
Xalq üsyanları əvvəlki cazibədarlığını itirməyə başlayıb. ABŞ və digər ölkələr üçün də bu proses artıq əvvəlki qədər maraqlı deyil. Daxildə etirazların sayı azalır. Burada İran rejiminin sərt və zorakı üsullardan istifadəsi də mühüm rol oynayıb. Etirazlar nəticə vermədikcə, onlara qoşulanların sayı da azalır."
Bununla belə, Abbaslı İranın tam təhlükəsiz olduğunu söyləməyin mümkünsüzlüyündən də danışıb:
"12 günlük müharibə zamanı heç kim gözləmirdi ki, gecənin bir yarısı İranın əsas generalları evlərində öldürüləcək. Ona görə də tam şəkildə demək olmaz ki, İran vurulmayacaq."
Siyasi şərhçinin fikrincə, mümkün hərbi əməliyyatlar əsasən havadan həyata keçirilə bilər:
"Quru əməliyyatları ABŞ üçün asan olmaz. İran nə İraqdır, nə Əfqanıstandır, nə də Venesuela. Ordusunun həm sayı, həm də gücü kifayət qədər böyükdür. Quru sərhədlərdən hücum risklidir. Amma havadan zərbələr mümkündür. 12 günlük savaşda İsrailin hava hücumları bu ehtimalları artırdı. Buna baxmayaraq, indiki mərhələdə İrana qarşı genişmiqyaslı əməliyyatlar gözlənilmir."
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 27 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


azerbaycan xeberleri son xeberler yeni xeberler en yeni xeberler bu gunun xeberleri valyuta mezennesi 2026 az xeber