İrana qarşı DƏHŞƏTLİ HÜCUMA start verildi - ABŞ bu tarixdə Tehranı yer üzündən siləcək

İrana qarşı DƏHŞƏTLİ HÜCUMA start verildi - ABŞ bu tarixdə Tehranı yer üzündən siləcəkİsrailin 13-cü Kanalının yüksək rütbəli İsrail Müdafiə Qüvvələri (İDF) zabitlərinə istinadən yaydığı məlumata görə, ABŞ ordusu yaxın gələcəkdə İrana qarşı hərbi əməliyyata başlaya bilər. Bildirilir ki, cari həftə mümkün ABŞ hücumuna hazırlıq baxımından həlledici mərhələ hesab olunur.
KONKRET.az xəbər verir ki, daha əvvəl İsrailin yüksək rütbəli hərbi rəhbərliyinin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuperlə görüş keçirdiyi açıqlanmışdı. Görüş zamanı tərəflər müdafiə və hücum əməliyyatlarının koordinasiyasını, eləcə də mümkün eskalasiya ssenarilərini müzakirə ediblər. Danışıqlarda ABŞ tərəfi İrana zərbə endirilməsi ilə bağlı hələlik yekun qərarın verilmədiyini, lakin mümkün əməliyyat üçün bütün hərbi hazırlıqların tamamlandığını bildirib.
İrana qarşı DƏHŞƏTLİ HÜCUMA start verildi - ABŞ bu tarixdə Tehranı yer üzündən siləcəkKanalın məlumatına görə, İsrail komandirləri belə bir hücumun yaxın vaxtlarda baş verəcəyini ehtimal edirlər.
İsrail tərəfi ABŞ-ın potensial zərbələrinin əsasən İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) və onunla əlaqəli "Bəsic" hərbiləşdirilmiş qüvvələrinin obyektlərinə yönələcəyini gözləyir. 13-cü Kanalın qeyd etdiyi kimi, məhz bu hədəflərin seçilməsi İranın cavab zərbəsinin miqyasını və intensivliyini azaltmağa hesablanmış taktiki addım ola bilər.
ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan zərbə qrupunun bölgəyə cəlb olunması fonunda İranın yüksək vəzifəli rəsmisi Reuters agentliyinə bildirib ki, ABŞ-ın istənilən hücumu Tehran tərəfindən "tammiqyaslı müharibə" kimi qiymətləndiriləcək.
İrana qarşı DƏHŞƏTLİ HÜCUMA start verildi - ABŞ bu tarixdə Tehranı yer üzündən siləcəkOnun sözlərinə görə, İran Silahlı Qüvvələri "ən pis ssenariyə tam hazırdır" və ölkədə yüksək döyüş hazırlığı vəziyyəti hökm sürür.
İranın xarici işlər naziri Abbas Əraqçi də daha əvvəl Vaşinqtonun ölkəsini "sınaqdan keçirmək" istədiyi təqdirdə İranın müharibəyə hazır olduğunu bəyan edib və hazırkı hərbi hazırlıq səviyyəsinin ötən il baş vermiş 12 günlük müharibə dövrü ilə müqayisədə daha geniş və kompleks olduğunu vurğulayıb.
Bu arada ABŞ ordusu Yaxın Şərqdəki bazalara qüvvə və texnika daşınmasını davam etdirir. Flightradar xidmətinin məlumatına görə, Avropa bazalarından cənuba doğru üç nəqliyyat təyyarəsi və bir tanker hərəkət edir. Peyk görüntülərində İordaniyanın Muavvafak hava bazasında ABŞ-a məxsus F-35 qırıcılarının yerləşdirildiyi də qeydə alınıb. "Baghdad Today" nəşrinə danışan mənbələr Qətər rəsmilərinin ABŞ-ın bu həftənin sonunadək İrana qarşı hərbi əməliyyata başlayacağına əmin olduqlarını bildiriblər.
Eyni zamanda sosial şəbəkələrdə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü İbrahim Rzaei ABŞ-ın əməliyyatının yaxın 24 saat ərzində Fars körfəzində başlaya biləcəyini açıqlayıb.
İrana qarşı DƏHŞƏTLİ HÜCUMA start verildi - ABŞ bu tarixdə Tehranı yer üzündən siləcəkİsrail mediasının yazdığına görə, ABŞ ordusunun Yaxın Şərqə əlavə qüvvələr yerləşdirməsi İsrail Müdafiə Qüvvələri ilə sıx koordinasiya şəraitində həyata keçirilir. Hazırda bölgədə "Abraham Lincoln" təyyarədaşıyan gəmisi, eləcə də "Spruance", "Michael Murphy" və "Frank E. Petersen Jr." esminesləri mövcuddur. "Abraham Lincoln"un hava qanadına F-35C və F/A-18E/F qırıcıları, EA-18G Growler elektron müharibə təyyarələri, E-2D Hawkeye erkən xəbərdarlıq və idarəetmə sistemləri, CMV-22B Osprey təminat təyyarələri və MH-60R/S helikopterləri daxildir.
Bölgədə iki ABŞ sualtı qayığı yerləşdirilib, F-15E Strike Eagle qırıcıları isə İordaniyaya cəlb olunub.
Ümumilikdə Yaxın Şərqdə 100-dən çox Amerika qırıcı təyyarəsi, onlarla tanker və kəşfiyyat təyyarəsi İrana qarşı mümkün əməliyyatlara hazır vəziyyətdədir. İranın cavab zərbələri riskini nəzərə alaraq ABŞ və müttəfiq qüvvələri qorumaq məqsədilə "Patriot" və THAAD hava və raketdən müdafiə sistemləri də əlavə olaraq yerləşdirilib.
İsrail tərəfi hesab edir ki, ABŞ-ın bölgədə qüvvə yerləşdirmə prosesini tam başa çatdırması üçün daha bir neçə günə ehtiyacı var. Bu fonda, yanvarın 24-də CENTCOM-un rəhbəri admiral Bred Kuper İsrailə səfər edərək İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir və digər yüksək rütbəli zabitlərlə görüş keçirib. Məlumata görə, görüşlərin əsas mövzusu İran və mümkün eskalasiya zamanı tərəflər arasında koordinasiya məsələləri olub.
Gərginliyin artması beynəlxalq aviasiyaya da təsir göstərib. Bir sıra beynəlxalq aviaşirkətlər Yaxın Şərq istiqamətində uçuşları ləğv edib. Avropa Birliyi Aviasiya Təhlükəsizliyi Təşkilatı (EASA) İran üzərindən mülki uçuşlar üçün risk xəbərdarlığı yayıb və bu xəbərdarlığın 16 fevral 2026-cı ilədək qüvvədə olacağı bildirilib. İran rəsmisi "Əl-Cəzirə" telekanalına açıqlamasında hücum halında Tehranın "tam güclə cavab verəcəyini", bölgədəki ABŞ hərbi bazalarının isə "qanuni hədəflər" olacağını bildirib.
Reuters agentliyi də İran mənbəsinə istinadən Tehranın istənilən hücumu "tammiqyaslı müharibə" kimi qiymətləndirəcəyini yazıb. "Iran International" nəşrinin məlumatına görə isə ABŞ hücumu riskinin artması fonunda İranın Ali Lideri Əli Xamenei Tehranda xüsusi yeraltı sığınacağa köçürülüb.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 26 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


azerbaycan xeberleri son xeberler yeni xeberler en yeni xeberler bu gunun xeberleri valyuta mezennesi 2026 az xeber