İranda etiraz aksiyaları hər keçən gün daha da böyüyür - Fazil Mustafadan reaksiya
İranda son günlərdə müşahidə olunan etiraz aksiyaları ölkədə dərinləşən sosial-iqtisadi problemlərin və siyasi narazılığın açıq təzahürünə çevrilib. Müxtəlif şəhərləri əhatə edən aksiyalar əsasən həyat səviyyəsinin aşağı düşməsi, işsizlik, inflyasiya və sosial ədalətsizlik kimi problemlərə etiraz olaraq başlayıb. İranda etirazların əsas səbəbi təkcə konkret bir hadisə deyil, illərdir yığılan struktur problemlərdir. Sanksiyaların iqtisadiyyata təsiri, milli valyutanın dəyər itirməsi və əhalinin rifah səviyyəsinin aşağı düşməsi narazılığı daha da dərinləşdirir.
Milli Məclisin deputatı Fazil Mustafa azxeber.com-a açıqlamasında bildirib ki, İranda baş verən hadisələr son dərəcə ciddi xarakter daşıyır:
"İranda baş verən hadisələr son dərəcə ciddi xarakter daşıyır. Artıq nə mövcud rejim, nə də İran hökuməti vəziyyəti nəzarət altına almaq və böhranı effektiv şəkildə həll etmək imkanına malik görünmür. Maliyyə və iqtisadi problemlərin bərpası isə olduqca mürəkkəb və uzunmüddətli prosesdir. Bu səbəbdən sözügedən məsələyə biganə yanaşmaq olmaz. İranda əvvəlki illərdə qadın azadlığı və hicabla bağlı etirazların qarşısını zorakılıq yolu ilə almaq nisbətən asan idi. Lakin hazırkı mərhələdə iqtisadi problemlər fonunda vəziyyəti sabitləşdirmək üçün bazara ciddi maliyyə vəsaiti buraxmaq tələb olunur ki, İranın hazırda belə imkanları yoxdur".
Deputat bildirib ki, ölkədəki əsas problemlərdən biri də su qıtlığıdır:
"İrandakı əsas problemlərdən biri də su qıtlığıdır. Bu faktor əhalinin böyük hissəsinin ağır sosial şəraitdə yaşadığını açıq şəkildə göstərir. Milli valyutanın sürətlə dəyərdən düşməsi isə hətta qaçqınları belə ölkədən uzaqlaşdıran əsas səbəblərdən birinə çevrilib".
Parlamentari vurğulayıb ki, azərbaycanlıların böyük əksəriyyət hakimiyyəti təmsil edir:
"Azərbaycanda bəzən yanlış təsəvvür formalaşır ki, guya İranda azərbaycanlılar kütləvi şəkildə ayağa qalxarsa, bütün problemlər öz həllini tapacaq. Əksinə, İslam İnqilabı dövründə onların qələbə qazanmasının əsas səbəblərindən biri məhz azərbaycanlıların mühafizəkar mövqeyi olub. Azərbaycanlıların yalnız çox kiçik bir qismi milli muxtariyyət və azadlıq kimi şüarlarla çıxış edə bilər. Böyük əksəriyyət isə hakimiyyəti təmsil edir və mövcud sistemi dəstəkləyir. Belə bir şəraitdə azərbaycanlıların rejimi qoruma instinkti onu dağıtmaq instinktindən daha güclüdür. Bununla yanaşı, İranda mümkün parçalanma proseslərinin təsiredici güc qazanması region üçün, o cümlədən Azərbaycan üçün də müəyyən təhlükələr yarada bilər".
Şahanə Ziyad

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib