İranda sərnişin təyyarəsi qəza enişi etdi - Xəsarət alanlar var - VİDEO
İsfahan hava limanında sərnişin təyyarəsi qəza enişi edib, 9 nəfər xəsarət alıb.
KONKRET.az İran mediasına istinadla xəbər verir ki, Məşhəd şəhərindən İsfahana uçan "Caspian" aviasiya şirkətinə məxsus 737 saylı uçuşla sərnişin təyyarəsi qəza enişi edib.
İsfahan vilayətinin Fövqəladə Hallar İdarəsinin sözçüsü Abbas Abidi bildirib ki, hadisə yanvarın 5-i yerli vaxtla saat 17:03 radələrində təyyarə İsfahan hava limanına eniş edərkən baş verib.
"Göyərtəsində 110 sərnişini olan təyyarə eniş zamanı sol təkərində texniki nasazlıq yarandığından təyyarə eniş zolağından çıxaraq dayanıb.
Hadisə nəticəsində həyəcan keçirərək şoka düşən sərnişinlər müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Yaralıların sayı 9 nəfərdir. Onlardan 6-sı xəstəxanaya çatdırılıb, 3-ü isə ambulator müalicə alıb.
Hazırda qəzanın səbəbləri araşdırılır", – Abbas Abidi bildirib.
Xuraman Etibarlı,
KONKRET.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar