İranda vəziyyət gərginləşəcək, etirazlar güclənəcək, Xamenei isə... - ŞOK SSENARİ
İranda uzun illərdir davam edən sanksiyalar, daxili narazılıqlar və regional gərginliklər fonunda ölkənin gələcək siyasi kursu ilə bağlı suallar aktuallaşıb. Maraqlıdır, uzunmüddətli sarsıntı İranı zəiflədir, yoxsa daha qapalı və sərt dövlətə çevirir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu cür proseslərin uzun müddət davam etməsi istənilən ölkəyə mənfi təsir göstərir:
Onun sözlərinə görə, həm beynəlxalq mövqelər baxımından, həm də daxili vəziyyət nöqteyi-nəzərindən İran müəyyən zəifləmə ilə üzləşir. Şərhçi xatırladıb ki, İran artıq təxminən 12 ildir Avropa və Qərb ölkələrinin sərt sanksiyaları altındadır:
"Etiraf etmək lazımdır ki, bütün bu təzyiqlərə baxmayaraq, İran iqtisadiyyatı müəyyən qədər dayanıqlılıq nümayiş etdirir. Daxili bazarı kifayət qədər güclüdür, eyni zamanda hərbi sənayesi də inkişaf edib. Ancaq bu proseslər istənilən halda ölkəyə zərbəsiz ötüşməyəcək".
Cavanşir Abbaslının fikrincə, mövcud gərginliklər İranı daha çox qapalı bir dövlət modelinə doğru aparır:
"Gələcəkdə İranın "ikinci tip Şimali Koreya"kimi daha izolyasiya olunmuş bir dövlətə çevrildiyini görə bilərik. İran onsuz da sərt idarəçilik sistemi ilə tanınır. Ölüm hökmlərinin geniş tətbiqi, kütləvi edamlar ölkənin necə sərt rejimlə idarə olunduğunu göstərir".
Siyasi şərhçi vurğulayıb ki, sərtləşmə tendensiyası xalq narazılıqlarının yenidən baş qaldırmasına da səbəb ola bilər:
"Belə vəziyyətdə hakimiyyət mümkün üsyanların qarşısını almaq üçün qərarlarını daha da sərtləşdirəcək. Bu isə ölkə daxilində gərginliyi daha da artıracaq".
Qeyd edək ki, son illər İran həm iqtisadi çətinliklər, həm də daxili sosial narazılıqlarla üz-üzə qalıb.
Müşviq Tofiqoğlu
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər