"İranda xaos arzulamırıq" - AK Partiya sözçüsü
"Biz qonşumuz İranda xaos arzulamırıq. İrana xarici müdaxilələr yalnız daha böyük böhranlara və regional qeyri-sabitliyə səbəb olar".
KONKRET.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini, partiya sözçüsü Ömer Çelik deyib.
Suriyadakı vəziyyəti dəyərləndirən partiya sözçüsü terrorla mübarizənin əhəmiyyətinə də diqqət çəkib:
"Suriya hökuməti YPG-yə qarşı lazımi tədbirləri görüb. Terrorsuz Türkiyənin və regionun əhəmiyyəti bir daha nümayiş etdirilib. YPG terror təşkilatının fəaliyyətlərini kürdlərlə eyniləşdirmək olmaz. Suriyada ərəb, türkmən və kürd qardaşlarımız bərabərhüquqlu vətəndaşlardır. Türkiyə bu məsələ ilə bağlı həssaslığını Suriya hökumətinə rəsmi şəkildə bildirib. Türkiyə bölgədə sülhün və ərazi bütövlüyünün qorunması istiqamətində fəaliyyətini davam etdirəcək".
Xidmetler [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR