İrandakı aksiyaların nəticəsi necə olacaq? - Cənubi azərbaycanlı fəal danışdı

İrandakı aksiyaların nəticəsi necə olacaq? - Cənubi azərbaycanlı fəal danışdıİranda bir neçə gündür etiraz aksiyaları keçirilir. Yerli mənbələrin yaydığı məlumata görə, aksiyalar paytaxt Tehranla yanaşı bir sıra digər şəhərləri də əhatə edir. Etirazlar əsasən sosial-iqtisadi çətinliklər, qiymət artımı və idarəetmə ilə bağlı narazılıqlarla əlaqələndirilir. Təhlükəsizlik qüvvələri bəzi ərazilərdə aksiyalara müdaxilə edib, hadisələr nəticəsində saxlanılanların olduğu bildirilir. Hətta sosial mediada yayılan videolarda görünür ki, bəzi şəhərlərdə etirazçılarla polis arasında toqquşmalar baş verib, nəticədə bir qrup etirazçının polis əməkdaşlarına fiziki müdaxilə edib. 
Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili azxeber.com-a açıqlamasında deyib ki, aksiyaların uzunmüddətli prosesə çevrilməsi mümkündür:
"Aksiyaların uzunmüddətli prosesə çevrilməsi mümkündür. Düşünürəm ki, bu proses fasiləli və dalğavari şəkildə davam edəcək. İrandakı etirazlar ani bir rejim dəyişikliyindən çox, sistemin aşınması, legitimliyin zəifləməsi və idarəetmə böhranının dərinləşməsi formasında ortaya çıxır. İqtisadi problemlər, sosial ədalətsizlik və siyasi qapanmışlıq davam etdikcə bu proses tam olaraq bitməyəcək".
Ekspert deyib ki, Xamenei üçün əsas təhlükə sistemin içəridən daha da zəifləməsidir:
"Xamenei üçün əsas təhlükə ani devrilmə deyil, sistemin içəridən daha da zəifləməsidir. Elita daxilində parçalanma riski, idarəetmə qabiliyyətinin aşınması və rejimlə cəmiyyət arasındakı dərin məsafə uzunmüddətli təhlükə yaradır. Bu, rejimin mövcudluğunu qısa müddətdə yox etməsə də, onun davamlılığını zəiflədən əsas faktordur".
O deyib ki, cənubi azərbaycanlıların aksiyalara qatılmaması Tehran mərkəzli siyasətə qarşı olan güvənsizlikdir: 
"Cənubi azərbaycanlıların səssizliyi Tehran mərkəzli siyasətə qarşı formalaşmış tarixi və struktur güvən problemindən qaynaqlanır. Rejimlə yanaşı, Tahran mərkəzli müxalifətin də Güney Azərbaycan məsələsini inkar etməsi və ya ikinci plana atması, Cənubi Azərbaycan cəmiyyətini bu xəttdən uzaq tutub. Tarixi təcrübələr göstərir ki, Tehran mərkəzli proseslərdə Azərbaycan türkləri hər zaman zərər görüb. Bu səbəbdən mövcud duruş passivlik deyil, Təbriz mərkəzli, şüurlu və aktiv bir siyasi mövqedir".
Şahanə Ziyad

Siyasi       Tarix: 10 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


azerbaycan xeberleri yeni xeberler son xeberler zelzele son xeberler bu gun bugun xeberler qarabag