İrandakı hadisələr Pakistanda etiraz dalğasına səbəb olub: 36 ölü, 200-dən çox yaralı
İranda Əli Xameneinin həlak olması ilə bağlı yayılan xəbərlərdən sonra Pakistanda genişmiqyaslı etiraz aksiyaları başlayıb. Kütləvi aksiyalar qısa müddətdə şiddətli toqquşmalara çevrilib. Son məlumatlara görə, baş verən iğtişaşlar nəticəsində 36 nəfər ölüb, 201 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
KONKRET.az xəbər verir ki, etirazlar ölkənin bir neçə iri şəhərini əhatə edib. Ən gərgin vəziyyət Karaçidə qeydə alınıb. Burada nümayişçilər Amerika Birləşmiş Ştatlarının konsulluğu qarşısına toplaşıblar. Sada va Sima agentliyinin məlumatına görə, aksiya zamanı ABŞ qüvvələri tərəfindən birbaşa atəş açıldığı iddia olunur və bu da çoxsaylı ölən və yaralananlara səbəb olub.
Etirazlar təhlükəsizlik qüvvələri ilə toqquşmalar, yanğınlar və yolların bağlanması ilə müşayiət olunub. Pakistan hakimiyyəti təhlükəsizlik tədbirlərini gücləndirib, bəzi ərazilərdə hərəkət məhdudiyyətləri tətbiq edilib və hüquq-mühafizə orqanlarının iştirakı artırılıb. Vəziyyət hələ də gərgin olaraq qalır. Rəsmilər vətəndaşları sakitliyə çağırsa da, etiraz fəallığının azalmadığı bildirilir.
Natiq Səlm,
KONKRET.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yavər Şıxəliyev vəfat etdi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub