İrandan Azərbaycana gətirilən ərik qurusu istehlak üçün yararsız çıxdı
İrandan Azərbaycana gətirilən ərik qurusu istehlak üçün yararsız çıxıb.
Bu barədə azxeber.com-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Nəzarət tədbirləri çərçivəsində Agentliyin əməkdaşları tərəfindən "Sodaz" Məhdud Məsuliyyətli Cəmiyyətinin İran İslam Respublikasından ölkəmizə idxal etdiyi 1060 kq ərik qurusu məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Aparılan sınaq nəticəsinə əsasən, ərik qurusunda kükürd dioksidinin miqdarının normadan artıq olduğu və məhsulun qida sahəsində normativ sənədin tələblərinə uyğun olmadığı müəyyən edilib.
Qanunvericiliyə uyğun olaraq, aşkarlanan istehlak üçün yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Həmçinin aşkarlanan ərik qurusunun istehsal edildiyi müəssisənin məhsullarının ölkəmizə gətirilməsinə müvəqqəti qadağa qoyulub və İranın aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır