İrandan casuslarına yeni təlimat: Hacı Şahin və şəhid ailələri haqda ŞOK PLAN

İrandan casuslarına yeni təlimat: Hacı Şahin və şəhid ailələri haqda ŞOK PLANİranın Azərbaycanda daha bir məkrli planı işə düşüb. Tehrana bağlı qüvvələr  xeyriyyəçilik adı ilə şəhid ailələri və qaziləri öz təsirləri altına salmağa çalışırlar. Həmin qruplar müxtəlif yollarla bu işlərlə məşğuldurlar. Şəhidlərin dəfnində onların bir qrupu ifşa edildi, prosesdən uzaqlaşdırıldı. Dəyərli din xadimi Hacı Şahin Həsənli dünyasını dəyişdikdən sonra bu tendensiya müşahidə edilməyə başladı. Hacı Şahinin ailəsi açıqlama yaydıqdan sonra həmin dəstə prosesdən uzaqlaşdırıldı.
Əldə etdiyimiz məlumata görə, ifşadan, qovulmalardan sonra İranın "xüsusi təyinatlı" mərasim dəstələri taktikanı dəyişib. Onlar fərqli metodlardan yararlanaraq sistemli şəkildə qazilər, şəhid ailələri ilə kontakt saxlayırlar. Onları vaxtaşırı ziyarət edir, şəhidlərin valideynləri ilə maksimum yaxınlığa çalışırlar. Əsasən qadınlardan ibarət bu dəstələr şəhid anaları, xanımları ilə yaxınlaşır, onların bu halından sui-istifadə edib, çirkin niyyətlərini həyata keçirirlər. Ailələrin simpatiyasını qazanmağa nail olurlar. Bundan sonra "dini ayinlər" adı ilə şəhid ailələri ilə maksimum yaxınlaşma baş verir.
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a daxil olan məlumata görə, dövlət hər rayonda şəhidlər muzeyi tikib, hər şəhidə o muzeydə guşə yaratmaq istəsə də, İrana bağlı dəstə ailələrə təsir edərək bunu əngəlləməyə nail olub. Çünki belə olduqda ailələrlə təmas kəsiləcək. Hazırda bütün şəhid evlərində canını Vətən yolunda qurban vermiş qəhrəmanlarımıza aid guşələr, otaqlar var. İrana bağlı qruplar məhz bu amildən yararlanıb evlərə gedir, Quran oxumaq, dua mərasimləri keçirmək adı ilə şəhid ailələrini öz təsirləri altında saxlamağa çalışırlar.
Eyni taktika qazilərlə bağlı da baş verir. İrana bağlı həmin dəstə Vətən müharibəsi iştirakçılarının bəzilərini ələ alıb, onlardan özləri də bilmədən istifadə etməyə çalışır. Dövlətlə qazilər arasında nifaq toxumu səpilir. İranın məqsədi bu həssas sosial təbəqəni təşkilatlandırmaq, onların özləri də bilmədən dövlətlə aralarını vurmaq, lazımi anda sabitliyi pozmaqdır.
Birinci Qarabağ müharibəsi dövründə – ölkədə işğalın, qaçqın köçünün, nəhəng iqtisadi-siyasi böhranın yaşandığı bir dövrdə İran bu durumdan maksimum yararlandı və xeyriyyəçilik adı altında yardımlar etməklə azərbaycanlıları öz tərəfinə çəkdi. Tehran həmin vaxt həyata keçirdiyi planı indi bir qədər fərqli formada icra etməyə başlayıb.
İranın Azərbaycandakı agentura şəbəkəsinə qarşı əməliyyatlar davam edir, xeyli dəstə üzvləri həbs edilir, ideoloji sistemləri dağıdılır. Kamuflyaj olan xüsusi dəstə var ki, hələ də meydandır və biz həmin meydanı boş buraxsaq, döyüş onların qələbəsi ilə yekunlaşa bilərik.
Lakin dövlət bunun fərqindədir, sadəcə, həssas məsələ olduğu üçün çevik müdaxilə edilə bilmir. Bununla yanaşı, artıq xeyli şəhid ailəsi, qazilər İrana bağlı bu dəstənin məkrli planlarından duyuq düşüb, o dəstə ilə əlaqələri kəsiblər. Təəssüf ki, bu tam baş verməyib, təhlükə qalır.

Siyasi       Tarix: 19 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill


azerbaycan xeberleri son xeberler yeni xeberler gunun xeberleri kriminal siyaseti xeberler bugun krminal bu gun