İrandan Kiyevə kərpic adı altında heroin aparıldı
Kiyevdə bir milyard qrivna dəyərində rekord miqdarda narkotik maddə - heroin müsadirə edilib. Heroin İrandan kərpic adı altında Kiyevə aparılıb.
Publika.az xəbər verir ki, Ukrayna milli polisinin narkotik cinayətkarlığı ilə mübarizə departamenti işə yekun vuraraq, İrandan Avropa ölkələrinə heroinin tədarükü kanalının ləğvi ilə bağlı beynəlxalq xüsusi əməliyyatın təfərrüatlarını açıqlayıb.
Üzvləri çox təhlükəli narkotik vasitə olan heroinin İrandan qaçaqmalçılıq yolu ilə Ermənistan, Gürcüstan ərazisindən keçməklə Ukraynaya keçirilməsi və Avropa İttifaqı ölkələrinə daşınması ilə məşğul olan transmilli cinayətkar dəstə ifşa olunub. Hüquq-mühafizə orqanları əməkdaşları cinayətkar qrupun təşkilatçısını və narkotik vasitələrin Ukraynaya keçirilməsi üçün kanallardan birini təşkil edən şəxsləri müəyyən ediblər.
İşbazlar heroini yük maşınlarında kərpic adı altında daşıyıblar. İstintaq tədbirləri zamanı Kiyev şəhərindəki anbarın ərazisindən ümumi çəkisi 368 kiloqram 150 qram olan 1159 ədəd briket aşkar edilərək müsadirə olunub.
Ukrayna daxili işlər nazirinin müavini Aleksandr Qoqilaşvilinin sözlərinə əsasən, qara bazar qiymətlərinə görə malın dəyəri bir milyard qrivnadan çoxdur.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var
Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi