İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

İrandan sonra Türkiyə də bu sıraya qoşulduƏrdoğanın baş müşaviri Oqtay Saralın məktəblərdə vahid geyim formasının tətbiqinə etiraz olaraq, "hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbul edilməzdir" açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə, eyni zamanda, baş verənlərin "hicab qadağası" kimi təqdim edilməsi deməkdir. Belə müdaxilələri – çağırışları adətən İrandan eşitmişik, indi qardaş Türkiyənin də bu sıraya qoşulması regionda dini-ideoloji planlara diqqət çəkir. Və Azərbaycanın dünyəvi təhsil sistemi üzərində xüsusilə dayanmasında bu amillərin rol oynadığı istisna edilməməlidir. Bu, daha geniş mövzudur.
Türkiyədən ən təhlükəli açıqlamanı isə Anadolu Aslanları İş Adamları Dərnəyi (ASKON) verib. Şirkət bəyan edib ki, "Azərbaycanda baş örtüyünə görə məktəbə gedə bilməyən şagirdlərin Türkiyədə təhsilinin davam etdirilməsi və yaşamasını təmin etməyə hazırıq".
ASKON Türkiyə hakimiyyətinə yaxın şirkətdir. Bu şirkətin verdiyi açıqlama – məktəbli geyimini qəbul etməyən şagirdlərin Türkiyədə təhsil almasını təşkil etmək istəyi nə deməkdir?
1. Azərbayca dövlətinin vahid məktəbli forması qərarına açıq şəkildə müdaxilədir;
2. Qərara əməl edilməsi və tam icra olunması perspektivlərini sıradan çıxarmaqdır;
ASKON-nun təqdim etdiyi seçim Azərbaycanda açıq şəkildə itaətsizliyə çağırış hesab oluna bilər.
Bu təklifin-planın Türkiyə hakimiyyətinin yanaşması olduğu istisna edilməməlidir, xüsusilə Oqtay Saralın açıqlaması fonunda. Və kifayət qədər təhlükəli mövqedir.
Asif Nərimanlı / konkret.az

Siyasi       Tarix: 14 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin etdi

Bir sıra birinci instansiya məhkəmələri hakimləri təyin edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikas

Kadırov Prezidentlə AZAL-ın qəzaya düşən təyyarəsindən danışdı

Çeçenistanın başçısı Ramzan Kadırov Azərbaycan Prezidenti İlham Əliyevə 2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib. xəbər verir ki, İlham Əliyevin b

"Bizdən qaça bilməyəcək" - Lukaşenkodan Paşinyana

9 oktyabrda Türkmənistanın Avaza şəhərində Müstəqil Dövlətlər Birliyinin sammiti keçirilib. "Unikal"a istinadla xəbər verir ki, rəsmi hissədən əvvəl Azərbaycan, Ermənistan və Belarus liderləri qeyri-rəsmi söhbətlə

Qarabağdan Qars müqaviləsinə qədər – Türkiyə ilə danışıqlar Ermənistanda qalmaqal yaratdı

Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində apardığı hazırkı siyasət ölkə daxilində ciddi tənqidlərə səbəb olub. xəbər verir ki, İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, türkolo

Dünyəvilik müzakirələri böyüyür: Azərbaycana qarşı təzyiqin arxasında nə dayanır?

Dünyanın müxtəlif regionlarında dini amillərin siyasi proseslərə təsirinin artması dünyəvi dövlət modelinin qorunmasını milli təhlükəsizlik və ictimai sabitlik baxımından daha da aktuallaşdırır. Azərbaycan Konstitusiyasınd

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə -a Prezidentin Mətbuat Xidmətindən məlumat verilib. Telefon danışığı zamanı Azərbaycan ilə Pakistan arasında dostluq, qardaşlı

Japarov Azərbaycana gəlir

Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 14-də Azərbaycana işgüzar səfərə gələcək. xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, S.Japarov oktyabrın 15-də Bakıd

İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da "Bakı Ağ Şəhər"də olublar. xəbər verir ki, "Bakı Ağ Şəhər" layihəsini


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xəbərlər novruz bayramı bu gune olan xeberler en yeni xeberler