İranın Azərbaycandakı səfirliyi Qarabağa qanunsuz "yardım" daşınması videosunu araşdırır - VİDEO
İranın Azərbaycandakı səfirliyi Qarabağa qanunsuz "yardım" daşınması videosunu araşdırır - VİDEO
İranın Azərbaycandakı səfirliyi Ermənistandan keçməklə Qarabağa "yardım" aparılmasını əks etdirən videolarla bağlı Tehranla əlaqə saxlayıb.
Səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Əli Musəvi APA-ya bildirib ki, sosial şəbəkədə video yayılandan sonra səfirlik araşdırma və dəqiqləşdirmələr üçün addımlar atmağa başlayıb:
"Yayılan videolar və məlumatları araşdırmaq məqsədilə Tehranla danışmışıq. Müraciət etmişik ki, bu video və məlumatlar yayılandan sonra Azərbaycanda narahatlıq yaranıb, məsələ müvafiq qaydada araşdırılıb, rəsmi cavab verilsin. Yəqin yaxın günlərdə Tehrandan bizə cavab veriləcək, biz də məsələni Azərbaycan ictimaiyyətinin diqqətinə çatdıracağıq".
Qeyd edək ki, sosial şəbəkələrdə İrandan Ermənistandan keçməklə Qarabağa "yardımlar" aparan yük avtomobillərinin videogörüntüləri yayılıb.
Görüntülər İranın "Azad İran" "Telegram" kanalında paylaşılıb. Bildirilir ki, "yüklər" Ermənistandan keçməklə, Laçın dəhlizi vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparılır.
Qeyd edilib ki, İrandan Azərbaycan ərazilərinə qanunsuz olaraq qaz, benzin, tikinti materialları, qida, geyim məhsulları daşınır. Bundan başqa, həmin avtomobillərlə külli miqdarda narkotik daşındığı da iddia olunur.
/oxu.az
f PaylaşKurslar.az kurslar [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar