İranın baş danışıqçısından gözlənilməz gediş: Töhmət və istefa
İranın ABŞ ilə danışıqlar aparan nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibafın daxili ixtilaflar fonunda istefa verdiyi bildirilir. "Iran International"ın yaydığı məlumata görə, Qalibaf nüvə məsələsini Vaşinqtonla aparılan müzakirələrə daxil etməyə çalışdığı üçün "töhmət" alıb və nəticədə vəzifəsindən kənarlaşdırılıb.
KONKRET.az xəbər verir ki, onun yerini Milli Təhlükəsizlik Ali Şurasının katibi Səid Cəlilinin tutacağı ehtimal edilir. Cəlili Qərbə qarşı sərt mövqeyi ilə tanınan radikal mühafizəkardır və o, ABŞ ilə İsrailin hücumu nəticəsində həlak olmuş Əli Laricanini əvəz etmişdi. Eyni zamanda, xarici işlər naziri Abbas Araqçinin də danışıqlara rəhbərlik etmək niyyətində olduğu vurğulanır.
Xatırladaq ki, bir qədər əvvəl İsrailin "12-ci kanal"ı da Məhəmməd Baqir Qalibafın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müdaxiləsindən sonra danışıqlar qrupundan ayrıldığını iddia etmişdi.
Natiq Səlim,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK