İranın bizimlə dərdi nə yanacağa görədir, nə də iki sürücüsünün tutulmasına görə - GERÇƏK SƏBƏB

"İranın yük maşınlarının Qarabağa qanunsuz yanacaqdaşımasıyla bağlı xəbərlər hələ ki, səngiyib. Tehran bu qanunsuzluğun qarşısınıəvvəldən alsaydı, münasibətlərdə süni gərginlik yaranmazdı. Ancaq Tehranın dərdifərqlidir".
Azxeber.com xəbər verir ki, bu sözləri açıqlamasındapolitoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, Qarabağın bərpası layihələrində birneçə İsrail şirkəti iştirak edəcəksə, orada İran şirkətləri olmayacaq: "Tehranıqıcıqlandıran nə oldu? Birincisi, Azərbaycan-Türkiyə-Pakistan birgə təlimləri,ikincisi, İsrail şirkətlərinin azad olunmuş bölgələrin bərpasında iştirakı,üçüncüsü, Azərbaycan qanunlarını pozan iranlı iki sürücünün sorğu-suala çəkilməsivə İlham Əliyevin "Anadolu" agentliyinə müsahibəsində işğal başa çatdıqdansonra İranın hərbi təlimlərinin sərhəddə keçirilməsinin anlaşılmadığını söyləməsidir.Aydındır ki, Tehran bunlara nəsə reaksiya verəcəkdi, sadəcə, hamısının birağızdan dediyi "sərhədlərimizdə sionist rejimin varlığına imkan verməyəcəyik"absurd açıqlama vəziyyətin daha da gərginləşməsinə xidmət etdi. Demək istəyirlərki, Azərbaycan İsrailin İranla sərhədində bu və ya digər şəkildə varlığına şəraityaradıb və bunun "qarşısı alınmalıdır". Əslində söhbət bir neçə İsrail şirkətininQarabağın yenidən qurulmasında iştirakından gedir. Qarabağın bərpası layihələrindəbir neçə İsrail şirkəti iştirak edəcəksə, orada İran şirkətləri olmayacaq.Ancaq bu bizim problem deyil, başqaları kimi İran şirkətləri də Qarabağda yenidənqurmaişlərinə dəvət olunmuşdu".
İranın bizimlə dərdi nə yanacağa görədir, nə də iki sürücüsünün tutulmasına görə - GERÇƏK SƏBƏBPolitoloq onu da qeyd edib ki, İranın hərbi təlimləriAzərbaycanı Türkiyə və İsraillə daha sıx hərbi əməkdaşlığa sövq edəcək:
"İndi guya İran Azərbaycanla sərhəddə nümayişkənarə şəkildəhərbi təlim keçirməklə nə əldə edəcək? Tehran əks-effektlər barədə düşünməlidir.Birincisi, Türkiyə İranla sərhəddə təlimlərə başlayıb. Ankara bu yolla Tehranamesaj göndərir ki, Azərbaycana qarşı təxribat həyata keçirmək istəsən qarşındaTürkiyəni görəcəksən. İkincisi, İranın hərbi təlimləri Azərbaycanı Türkiyə vəİsraillə daha sıx hərbi əməkdaşlığa sövq edəcək ki, əslində Tehran bunun əksininreallaşmasına çalışırdı. Üçüncüsü, Tehran Azərbaycanı hədələyərkən Təbrizdə, Ərdəbildəvə Güney Azərbaycanın şəhər və qəsəbələrində yaşayan azərbaycanlıların seyrçiqalacağınamı ümid edir? Dördüncüsü, İranın yeni prezidenti İbrahim Rəisi vəonun mühafizəkar komandasının xarici siyasətdəki ilk addımı Azərbaycanlamünasibətləri gərginləşməkdən keçəcəksə, ikinci böyük qonşusu – Türkiyə ilə dəmünasibətlərin inkişafına ümid etməyə bilər. Qərbin sərt sanksiyaları ilə üzləşənvə iqtisadiyyatı ağır günlər yaşayan İran iki qonşusu - Azərbaycan və Türkiyəilə münasibətlərdə ehtiyatlı olmayacaqsa, özünün problemlərini artıracaq".
E. Şahinoğlu Azərbaycanın İrandan iki sadə tələbiolduğunu söyləyib: "Azərbaycanın İrandan iki sadə tələbi var. Birincisi, Azərbaycanındaxili işlərinə qarışma, necə ki, Azərbaycan İranın daxili işlərinə qarışmır vəTehranı tərəfdaş seçimində məsləhət vermir, ikincisi, erməni separatçılarınayanacaq daşıma. Bu iki sadə tələbə riayət olunacaqsa, İran-Azərbaycan münasibətləriRəisidən əvvəlki axarına qayıdacaq. Sərhəddəki hərbi təlimlərə gəldikdə isə, butəlimlər Azərbaycanın xarici və təhlükəsizlik siyasətini dəyişdirəcək gücdədeyil".

Siyasi       Tarix: 01 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


yeni xeberler azerbaycan xeberleri son xeberler beynelxalq bank mezenne metbuat xeberleri dunya xeberleri şou biznes xəbərləri