İranın Cənubi Qafqaz planı: Ermənistanla birgə nələr hazırlanır?

İranın Cənubi Qafqaz planı: Ermənistanla birgə nələr hazırlanır?"İranla Ermənistan arasında münasibətlərin yaxın perspektivdə birbaşa hərbi ittifaq və ya ortaq hərbi əməliyyat səviyyəsinə keçməsi real görünmür. Bunun əsas səbəbi ondan ibarətdir ki, hər iki ölkə əməkdaşlığı daha çox siyasi, iqtisadi, logistika və təhlükəsizlik koordinasiyası çərçivəsində qurmağa üstünlük verir".
Politoloq Züriyyə Qarayeva bu fikri KONKRET.az-a açıqlamasında səsləndirib.
İranın Cənubi Qafqaz planı: Ermənistanla birgə nələr hazırlanır?"Bununla belə, İran Cənubi Qafqazda geosiyasi balansın dəyişməsinə həssas yanaşır və Ermənistanı özünün şimal sərhədlərində strateji tampon kimi görür. Məhz buna görə Tehran İrəvanın müdafiə qabiliyyətinin gücləndirilməsinə, hərbi-texniki əməkdaşlığa və silah tədarükünə maraq göstərir. Bu baxımdan münasibətlərin hərbiləşməsi deyil, hərbi əməkdaşlığın dərinləşməsi ssenarisi daha real görünür".
Z.Qarayeva bildirir ki, digər tərəfdən, Yaxın Şərqdə artan gərginlik və İranın ABŞ-İsrail xətti ilə qarşıdurması Tehranın əsas diqqətini başqa istiqamətlərə yönəldir.
"İran hazırda yeni regional cəbhələr açmaqda deyil, mövcud təsir imkanlarını qorumaqda maraqlıdır. Ermənistan da öz növbəsində açıq hərbi bloklaşmanın risklərini anlayır və balans siyasəti aparmağa çalışır. Buna görə yaxın dövrdə İran-Ermənistan münasibətlərində birgə hərbi əməliyyat və ya formal hərbi ittifaqdan daha çox silah satışı, müdafiə sahəsində əməkdaşlıq, kəşfiyyat mübadiləsi və regional koordinasiya elementlərinin güclənəcəyini gözləmək daha məntiqlidir. Bu isə hərbi müstəviyə tam keçid olmasa da, təhlükəsizlik sahəsində tərəfdaşlığın daha görünən xarakter alacağı anlamına gəlir".
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 19 iyun 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /


son xeberler yeni xeberler azerbaycan xeberleri futbol xeberleri sonxabar en son xəbərlər bugün xeber.az bu gun