İranın gələcəyi ilə bağlı SENSASİON PROQNOZ: Ölkə parçalanacaq, hakimiyyət isə

İranın gələcəyi ilə bağlı SENSASİON PROQNOZ: Ölkə parçalanacaq, hakimiyyət isəİranda son dövrlər yaşanan gərginliklər ölkənin gələcək taleyi ilə bağlı müxtəlif ssenariləri gündəmə gətirib. Bəs, İranda baş verən hadisələr fonunda İslam Respublikası bir neçə dövlətə bölünə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, hazırda İranda baş verən proseslər olduqca mürəkkəb və çoxşaxəlidir.
Politoloqun sözlərinə görə, ölkədə dərin sosial-iqtisadi böhran mövcuddur, rejimlə cəmiyyət arasında ciddi qarşıdurma formalaşıb, eyni zamanda İranla bir sıra xarici dövlətlər arasında geosiyasi münaqişələr yaşanır. ABŞ-ın İrana mümkün müdaxiləsi də istisna edilmir:
"ABŞ-ın İrana müdaxiləsi an məsələsi ola bilər. Trampın açıqlamaları da bunu deməyə əsas verir. Bütün bu faktorlar fonunda İranda proseslərin hara gedəcəyini dəqiq proqnozlaşdırmaq çətindir".
İranın gələcəyi ilə bağlı SENSASİON PROQNOZ: Ölkə parçalanacaq, hakimiyyət isəƏli Mustafa qeyd edib ki, İranda fərqli maraqları olan qüvvələr mövcuddur: ölkənin parçalanmasını istəyənlər, demokratikləşməni müdafiə edənlər və şah rejiminin yenidən bərpasını arzulayanlar. Bu baxımdan konkret ssenari söyləmək çətindir. Onun fikrincə, yalnız bir məsələ aydındır, mövcud rejim artıq öz siyasi dövrünü başa vurmaqdadır:
"Məsələ rejimin necə və hansı formada dəyişəcəyidir. Əgər xalqın iradəsi ilə beynəlxalq güclərin maraqları üst-üstə düşərsə, İranda demokratik respublika formalaşar".
Politoloq vurğulayıb ki, əks halda, yəni proseslərə xarici güclər birbaşa müdaxilə edərsə, bu, fərqli nəticələrə gətirib çıxara bilər. Belə ssenaridə İranın bütövlüyünün şah rejimi formatında saxlanılması, yaxud mərkəzdənqaçma meyillərinin güclənməsi və parçalanma ehtimalı da istisna olunmur.
Əli Mustafanın sözlərinə görə, hazırkı mərhələdə ən real və məqsədəuyğun yol islahatların aparılmasıdır:
"Prezident Pezeşkianın rəhbərliyi ilə islahatlar gedə, İslam Respublikasının sadəcə respublika formasına keçidi baş verər. Ondan sonra İranın dövlət quruluşu modeli müzakirə oluna bilər".
Politoloq əlavə edib ki, əgər böyük güclər İranda fars millətçiliyini prioritet saxlayan yanaşma ortaya qoysalar, bu, mərkəzdənqaçma proseslərini sürətləndirə və Güney Azərbaycan da daxil olmaqla, ölkə daxilində yeni dövlət qurumlarının yaranması məsələsini gündəmə gətirir.
Sonda Əli Mustafa qeyd edib ki, İranda sabitliyin və problemlərin həllinin əsas yolu demokratik islahatlardan keçir və ölkənin respublika modelində yenidən formalaşması region üçün daha az riskli ssenari hesab olunur.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 15 yanvar 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


azerbaycan xeberleri yeni xeberler son xeberler zelzele son xeberler bu gun bugun xeberler qarabag