İranın gizli oyunu: Silahlar yenidən işə düşür?

İranın gizli oyunu: Silahlar yenidən işə düşür?İranın ABŞ-la İslamabadda ikinci görüşdən imtina etməsi müharibəni davam etdirmək istəyi yox, Vaşinqtonu dəniz blokadasından imtina etməyə məcbur etməyə hesablanıb. Bu, Tehranın ikinci cəhdidir.
KONKRET.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.
O, qeyd edib ki, birinci cəhd atəşkəs razılaşmasının Livana da aid edilməsi idi.
Tehran atəşkəsin əldə olunmasından sonra Livanda Hizbullaha qarşı hücumların dayandırılması tələbini irəli sürdü və buna müəyyən qədər, ən azı qısa müddətə də olsa, nail oldu. İsrail və Hizbullahın praktiki müstəvidə anlaşmaya riayət edəcəyi sual altında olsa da, İran üçün məsələ diplomatiyada önə çıxmaq idi.
İkinci cəhd növbəti görüşlə bağlı irəli sürdüyü şərtdir: Vaşinqton Hörmüzün blokadasını qaldırmadığı müddətdə boğazdan keçid problemli olaraq qalacaq və Tehran danışıqlarda iştirak etməyəcək.
Vaşinqtonun atəşkəs naminə Livan şərtini qəbul etməsi Tehranı Hörmüz tələbini də irəli sürməyə sövq edir və İranda xüsusilə sərt xəttin tərəfdarları – SEPAH hesab edir ki, mövcud situasiya onların xeyrinədir və ikinci cəhddə də nəticə əldə edə bilərlər.
Mövcud şərtlər ABŞ-ı çətin vəziyyətə salır. Çünki iki həftəlik atəşkəs razılaşmasının bitməsindən sonra Vaşinqton seçim etməlidir:
– Tramp yenidən "bombalamaq"la təhdid edir, lakin bu, Tehranın danışıqlara gəlməsi və razılaşması üçün edilən xəbərdarlıqdır, reallıqda isə yeni hücumların hədəflərə çatmaqda effektiv olacağı ehtimalı zəif görünür: infrastrukturun dağıdılması belə rejimi təslim olmağa sövq etməyəcək;
– Hörmüzün blokadasının davam etdirilməsi: bu, nəzərə baxımdan effektiv addımdır, lakin praktikida çətinliklər də var; İran blokadaya cavab olaraq, Hörmüzdən keçidə maneələri davam etdirəcək və proses uzun müddət davam edərsə, enerji bazarında vəziyyət nəzarətdən çıxa bilər;
İran bu situasiyanı xeyrinə çevirmək, ABŞ-ı dəniz blokadasına son qoymağa məcbur etmək niyyətindədir. Yaxud ən azından danışıqların prosesinin inkişafını müəyyənləşdirmək təşəbbüsünü ələ almaq istəyir. Yenidən hücum riskinə rəğmən, İranın danışıqlardan imtina etməsini bu cür oxuya bilərik.
ABŞ-ın mümkün gedişi genişmiqyaslı hücumları bərpa etmək yox, İran gəmilərini "ovlamaq" ola bilər. Dünən İran gəmisinə edilən hücum da buna hesablanmışdı və danışıqlardan imtina edən Tehrana təzyiq xarakteri daşıyırdı. İranın İslamabad görüşündən imtina etməsi öncə rəsmi formada elan edilməsə də, rejimin informasiya resurslarında – İRNA, İRİB və s. yayıldı, ABŞ da gəmiyə hücumla cavab verdi. İstisna deyil ki, analoji addımlar genişləndirilmiş formada davam edə bilər, çünki hər iki tərəf diplomatik masada əlini gücləndirmək və qarşı tərəfi geri çəkilməyə məcbur etmək üçün mümkün rıçaqlardan istifadə edir. Məqsəd genişmiqyaslı müharibədən qaçmaqdır, lakin kifayət qədər kövrək olan situasiya toqquşma riskini artırır.

Siyasi       Tarix: 21 aprel 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər azərbaycanda son xabarlar cəbhədən son xeber cəbhədən ən son xəbər