İranın körfəz ölkələrinə hücumunun SƏBƏBİ BİLİNDİ
Yaxın Şərq yenidən təhlükəli gərginlik mərhələsinə daxil olur. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən səsləndirilən son bəyanat – İranın qaz obyektlərinə hücumlara cavab olaraq Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ərazisindəki neft infrastrukturlarının hədəfə alına biləcəyi ilə bağlı xəbərdarlıq regionda hərbi eskalasiya riskini ciddi şəkildə artırıb. Enerji resurslarının mərkəzi hesab olunan bu coğrafiyada mümkün qarşıdurma yalnız lokal deyil, qlobal iqtisadi sabitlik üçün də ciddi təhdid kimi qiymətləndirilir. Belə bir vəziyyətdə sual yaranır: bu bəyanat real hərbi toqquşmanın başlanğıcıdır, yoxsa daha böyük geosiyasi oyunun tərkib hissəsidir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, İranın Körfəz ölkələrinə qarşı bu tip addımları yeni deyil.
"Hücumlar əsasən ABŞ hərbi bazalarını hədəf alsa da, müəyyən hallarda mülki infrastruktura, otellərə və turizm mərkəzlərinə də zərbələr endirilib.
İndiki vəziyyətin əsas fərqi odur ki, bu dəfə mümkün hədəflər birbaşa enerji infrastrukturu ilə bağlıdır. Bu isə regionda iqtisadi böhranın daha da dərinləşməsinə səbəb ola bilər".
Ekspert bildirib ki, belə bir ssenari baş verərsə, dünya enerji bazarlarında ciddi dalğalanmalar qaçılmaz olacaq.
"Körfəz ölkələrinin neft obyektlərinə hücumları qlobal təchizat zəncirinə zərbə vuraraq qiymətlərin kəskin artımına gətirib çıxaracaq. Son dövrlərdə intensiv qarşıdurmalar fonunda İran çoxsaylı hərbi və siyasi rəhbərlərini itirib. Bu səbəbdən Tehran getdikcə hücumların sayını azaltmaq məcburiyyətində qalır".
Onun sözlərinə görə, mövcud dinamika davam edərsə, yaxın həftələrdə İranın müqavimət imkanları daha da zəifləyəcək:
"Gələn ayın ortalarına qədər İranın bu dirənişinin başa çatacağı ehtimal olunur. Tehran qarşı tərəfin – İsrail və onun müttəfiqlərinin irəli sürdüyü ortaq tələbləri qəbul etmək məcburiyyətində qala bilər".
Aynurə İsmayıl
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK