İranın vilayətlərinə giriş-çıxış bağlandı - SƏBƏB
Sabahdan etibarən İranın 25 vilayətinin mərkəzinə giriş-çıxış məhdudiyyəti tətbiq olunur.
Publika.az xəbər verir ki, bunu İranın Koronavirusla Mübarizə Milli Qərargahının təhlükəsizlik, ictimai və hüquq-məsələləri üzrə komitəsinin sədri və İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib.
H.Zülfüqarinin sözlərinə görə, məhdudiyyətlərə əsasən 25 vilayətdən şəxsi avtomobillərlə çıxışlar və bu vilayətlərə şəxsi avtomobillərlə girişlər qadağandır.
Nazir müavini əlavə edib ki, İranda tətbiq olunan bu məhdudiyyətlər 6 noyabradək davam edəcək:
"Qaydaları pozanlar 5 milyon rial (təxminən 119 dollar) dəyərində cərimə olunacaq.
Hüquq-mühafizə, müalicə, xidmətlər, yükdaşıma və digər vacib sahələr üzrə avtomobillərin hərəkətinə qadağalar tətbiq olunmayıb.
Qeyd edək ki, bu günədək (1 noyabr) İranda 620 491 nəfər koronavirusa yoluxub, 35 298 nəfər bu virusdan ölüb, 486 691 nəfər sağalıb. Son günlərdə İranda koronavirusun yeni dalğası müşahidə olunduğuna görə, müəyyən məhdudiyyətlər tətbiq olunmağa başlayıb. / Trend
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək