İranın XİN rəhbəri: "Azərbaycan torpaqlarının yenidən qurulması və bərpasında iştiraka hazırıq
Azərbaycan Respublikası Baş nazirinin müavini, İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyin Əmir Abdollahian ilə də görüşüb.
Azxeber.com xəbər verir ki, Hüseyin Əmir Abdollahian Azərbaycan torpaqlarının işğaldan azad olunması və Zəfər Gününün ildönümü münasibətilə təbriklərini çatdırıb, İranın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.
Ölkəmizin ərazi bütövlüyünə İranın davamlı dəstəyini və prinsipial mövqeyini vurğulayan Abdollahiyan İran şirkətlərinin işğaldan azad olunmuş Azərbaycan torpaqlarının yenidən qurulması və bərpası işlərində iştirak etməyə hazır olduğunu bildirib.
Görüşdə iki ölkə arasında fəaliyyət göstərən Hökümətlərarası Dövlət Kommissiyasının əhəmiyyəti qeyd olunub və komissiyanın aktiv fəaliyyətindən məmnunluq ifadə edilib.
İki ölkə arasında iqtisadi-ticari əlaqələrin, entail, turizm, nəqliyyat, energetika, tranzit daşımaları, birgə sənaye və investisiya layihələri, informasiya kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın davamlı inkişafı üçün səylərin daha da artırılması və görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub. Görüşdə həmçinin, regiondakı vəziyyət və qarşılıqlı maraq dogüran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı