İranın yeni kəşfiyyat rəisi kimdir və ondan nə gözləmək olar?

İranın yeni kəşfiyyat rəisi kimdir və ondan nə gözləmək olar?İranın yeni prezidenti İbrahim Rəisinin kabinetində təhlükəsizlik naziri postunu tutan mühafizəkar və radikal dindar Esmail Xatibi kimdir, onun haqqında nə məlumdur? Və onun fəaliyyətindən nə gözləmək olar?
"İsrael Hayom" nəşri bu mövzuda Vaşinqtondan terrorla mübarizə üzrə analitik və tədqiqatçı Erfan Fardın məqaləsini dərc edib.
İranın yeni kəşfiyyat rəisi kimdir və ondan nə gözləmək olar?Esmail Xatib
Orada deyilir ki, Esmail Xatib barəsində informasiya çox azdır. Məlum olanı budur ki, o 1961, yaxud 1962-ci ildə anadan olub. Nüfuzlu din xadimlərindən biridir və Ali dini lider Əli Xameneyi ilə sıx bağladır. Bu da təəccüblü deyil, çünki Xatib islam hüququ üzrə təhsil alanda Xameneyinin tələbəsi olub. O, habelə ayətullahlar Məhəmməd Fazil Lənkəranidən, Naser Şirazidən və Möctəba Tehranidən dərs alıb. Bunların hər biri radikal və mühafizəkar baxışlı ayətullahlar olub.
Müəllif xatırladır ki, Lənkərani islam inqilabının lideri ayətullah Ruhulla Xomeyninin qatı tərəfdarı idi və yazıçı Salman Rüşdüyə, daha sonra 2006-cı ildə azərbaycanlı həkim və yazıçı Rafiq Tağıya qarşı ölüm fətvasını vermişdi. Rafiq Tağı daha bu fətvadan sonra öldürülüb.
İranın yeni kəşfiyyat rəisi kimdir və ondan nə gözləmək olar?Ayətullah Lənkərani...
Esmail Xatib bundan əvvəlki təhlükəsizlik naziri, bu sahədə heç bir iş təcrübəsinə malik olmayan Mahmud Ələvidən fərqli olaraq təhlükəsizlik və kəşfiyyat sahəsində müəyyən təcrübəyə malikdir. Amma formal olaraq onun kəşfiyyat və ya politologiya üzrə təhsili yoxdur, ancaq islam hüququndan dərs alıb.
Xatib 1980-81-ci illərdə İnqilab Keşikçiləri Korpusunun yaradılmasından sonra, təxminən 20 yaşlarında olanda Korpusun kəşfiyyat xidmətinə qoşulub. Onun Korpusun kəşfiyyatında dəqiq rolu haqda heç nə məlum deyil, amma ehtimal edilir ki, Xatib İranın kürd bölgələrində rejim müxaliflərinə divan tutanlardan biri olub. Həmin dövrdən etibarən Xatib İnqilab Keşikçiləri Korpusunun indiki generalı, müdafiə naziri Möhsün Rezayi ilə yaxın əməkdaşlıq olub.
1997-ci ildə Xatib kəşfiyyat nazirliyinin Qum bölməsinin rəisi təyin olunub. Sonradan isə İmam Rza məbədini mühafizə edən təhlükəsizlik idarəsinin başçısı olub. Habelə Xatib bilavasitə Xameneyi və onun administrasiyasında işləyib.
Xatib İran hakimiyyətinin təhlükəsizlik sahəsində bir-birinin ardınca fəlakətlərə məruz qaldığı bir vaxtda nazir təyin edilir. Tehran bütün gücü ilə çalışır ki, İsrail kəşfiyyatının nüfuzlu nüvə alimlərinə və obyektlərinə qarşı diversiyalarının qarşısını alsın. İranın kəşfiyyat və əks-kəşfiyyat xidmətləri dərindən korrupsiyalaşıb, kəşfiyyat nazirliyi ilə İnqilab Keşikçiləri Korpusunun kəşfiyyatı arasında tez-tez münaqişələr baş verir.
İranın yeni kəşfiyyat rəisi kimdir və ondan nə gözləmək olar?İbrahim Rəisi
Xatib nəinki Rəisi ilə yaxındır və ona etibar edir, eyni zamanda Ali dini liderin sadiq adamıdır. Ona görə də aydındır ki, Xatib İranın kəşfiyyat cameəsini təmizləmək və onun effektivliyini artırmaq üçün bu vəzifəyə təyin olunub. Ən başlıcası odur ki, İnqilab Keşikçiləri Korpusu ona inanır.
Gözlənilir ki, Xatibin idarəçiliyi altında İran kəşfiyyatı həm daxildə, həm beynəlxalq cəbhələrdə daha aqressiv olacaq. Daxildə rejim müxaliflərinə işgəncələrin verilməsi, repressiyalar artacaq. Xətib habelə İran rəhbərliyinin qərarlarına da ciddi təsir göstərəcək fiqur hesab edilir. Gözlənilir ki, ABŞ və Avropadakı iranlı dissidentlərə qarşı təqiblər də artacaq. (virtualaz.org)

Dünya       Tarix: 23 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun krminal bu gun en son xeber az xeber