İranın yeni paytaxtı hansı şəhər olacaq?

İranın yeni paytaxtı hansı şəhər olacaq?İranda anomal quraqlıq hökm sürür. Ölkənin iri şəhərlərini təmin edən su anbarlarının 5 faizi doludur. Məsələn, paytaxt Tehrandan sonra ikinci ən böyük şəhər olan Məşhədi təmin edən anbarlarında yalnız 3 faizi və ya daha az su qalıb. Vəziyyət çox kirtikdir, hətta Prezident Məsud Pezeşkian bildirib ki, qışın başlamasına qədər yağış yağmasa, paytaxtı köçürmək məcburiyyətində qalacaqlar.
KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, bu barədə "Meduza"nın araşdırmasında deyilir.
Mütəxəssislərin hesablamalarına görə, İranda son 70 ilin ən quru payızı yaşanır. Ölkənin qərbində Zaqros dağlarına yağış, Tehrana yaxın Toçal dağına qar düşsə də, yağıntı miqdarı hələ də iqlim normasının təxminən onda birinə bərabərdir.
"Meduza" İran hökumətinin məlumatına istinadla yazıb ki, Tehran vəziyyətdən çıxmaq üçün qurumuş Urmiya gölü üzərində süni yağış əməliyyatına başlayıb. Amma problem ondadır ki, bu, yalnız havada kifayət qədər rütubət olduqda effektli olur. İranda havanın demək olar ki, hər yerdə, o cümlədən buludların yığıldığı dağlarda da çox quru olması əməliyyatı çətinləşdirir.
Tehran və digər iri şəhərlərdə suya qənaət məqsədilə su məhdudiyyətlərlə verilir. Su tankerləri qarşısında kilometrlərlə növbələr yaranır, məscidlərdə yağış üçün dualar oxunur.
Su böhranı nəticəsində İranın hidroelektrik stansiyalarında enerji istehsalı zəifləyib. Sənaye müəssisələri də su çatışmazlığından əziyyət çəkir. Kənd təsərrüfatı üzrə əkin azalıb, bu da gələcəkdə ərzaq qiymətlərinin yüksəlməsi deməkdir.
İran ağır iqtisadi böhran yaşayır. Hər ay ərzaq qiymətləri artır. Məsələn, 1 kq toyuq filesi təxminən 3,5 dollardır, aylıq orta gəlir isə 200 dollar civarındadır.
İran hökuməti su idxalı üzrə qonşularla danışıqlar aparmaq məcburiyyətində qala bilər. Məsələn, BƏƏ-də duzlu suyu təmizləmə texnologiyaları var. Amma sanksiyalar və qonşularla gərgin münasibətlər səbəbindən beynəlxalq yardım olduqca məhdud olacaq.
Ekspertlər su böhranını həm iqlim dəyişiklikləri, həm də hökumətin səhvləri ilə əlaqələndirir.
Hökm sürən anomal quraqlıq fonunda İranın paytaxtının köçürülməsi gündəmdədir. Prezident Pezeşkiana görə, yeni paytaxt ölkənin cənub-şərqində, Məkran bölgəsində tikiləcək. Bura da qumlu, isti və quru ərazidir. Amma ekspertlərə görə, Məkran dənizə yaxın olduğundan su təchizatı duzdan təmizləmə texnologiyası ilə təmin oluna bilər. İran Prezidenti oktyabrın 4-də bu kontekstdə Bəndər-Abbas şəhərinin adını çəkmişdi.

Siyasi       Tarix: 27 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberleri futbol xeberleri son xeber 2026 cəbhədən son məlumatlar