İranla mümkün quru əməliyyatı: ABŞ üçün çətin ssenari

İranla mümkün quru əməliyyatı: ABŞ üçün çətin ssenariABŞ prezidenti Donald Trampın 4 günə başa çatacağını iddia etdiyi İran-İsrail qarşıdurması gözlənilənin əksinə olaraq uzanır. Artıq 22 gündür davam edən gərginlik regionda təhlükəsizlik narahatlıqlarını artırmaqda davam edir. Ağ Evin mətbuat katibi Kerolayn Livittin isə bundan sonra İrana qarşı hərbi əməliyyatların 4-6 həftə davam edə biləcəyini vurğulayıb. 
Politoloq Turan Rzayev azxeber.com-a açıqlamasında deyib ki, belə müharibələrdə hesablamalar və planlar özünü doğrultmaya bilər:
"Bu tip müharibələrdə hesablamalar və planlar özünü doğrultmaya bilər. Çünki ABŞ-nin total müharibəyə girməsi o qədər də asan deyil. ABŞ dünyanın ən peşəkar ordularından birinə sahibdir. Amma bu peşəkarlıq bir üstünlük olduğu qədər, eyni zamanda onun zəif tərəfidir. Çünki bu ordu olduqca xərclidir. Məsələn, ABŞ donanmasının bir hissəsini İran və Fars körfəzi bölgəsinə gətirmək və orada saxlamaq belə milyonlarla dollar vəsait tələb edir. ABŞ-nin müharibə istədiyini düşünmürəm. Amerika öz prestijini və qorxu hegemoniyasını qorumaq üçün İrana təzyiq göstərir. ABŞ hələ də İraq və Əfqanıstan müharibələrinin xərclərini tam qarşılayıb bitirməyib. İndiki texnologiyalar daha inkişaf edib və daha bahalıdır. ABŞ ordusunun texnikasına və hərbi qüvvələrinə zərər vurmaq çətindir, lakin hər bir əsgərin hazırlanması təxminən 100 min dollara qədər vəsait tələb edir".
Ekspert qeyd edib ki, İrana qarşı quru əməliyyatlarının da olması mümkündür:
"İrana qarşı quru əməliyyatlarının da olması mümkündür. Hazırda ABŞ körfəz bölgəsinə tədricən qoşun cəlb edir. Amma quru əməliyyatlar başlasa, bu, çox çətin olacaq. İranla onun öz coğrafiyasında müharibə aparmaq asan deyil. ABŞ kimi güclü dövlət belə Əfqanıstanda istədiyi nəticəni əldə edə bilmədi. Bu region ABŞ üçün tanış olsa da, həm bahalı, həm də çətin relyefə malikdir".
T.Rzayev bildirib ki, ABŞ körfəz ölkələrinin hücuma məruz qalması fonunda geniş koalisiya quracağını düşünürdü:
"İkinci məsələ isə koalisiya ilə bağlıdır. ABŞ körfəz ölkələrinin hücuma məruz qalması fonunda geniş koalisiya quracağını düşünürdü. Lakin bu ölkələr ehtiyatlı davranır və İranın mümkün reaksiyasından çəkinirlər. ABŞ-nin onları tam qoruyacağına dair inam zəifdir, eyni zamanda İranın aqressiyası davam edir. İran müsəlman ölkəsidir və regiondakı digər dövlətlər də müsəlmandır. Məzhəb fərqləri olsa belə, bir çox ölkə İrana qarşı açıq müharibəyə qoşulmaq istəmir. 
Məsələn, Türkiyəyə ballistik raketlərin atılması və Azərbaycana pilotsuz uçuş aparatlarının düşməsi kimi hallar baş versə də, tərəflər təmkinlərini qorudular və məsələni diplomatik yolla həll etməyə çalışdılar".
Politoloq söyləyib ki, Konqres hələ müharibə ilə bağlı konkret qərar qəbul etməyib:
"Digər bir məsələ ABŞ-nin daxili bürokratik maneələridir. Konqres hələ müharibə ilə bağlı konkret qərar qəbul etməyib. Buna baxmayaraq, ABŞ faktiki olaraq İranla müəyyən toqquşmalara gedib. Bütün bunlar göstərir ki, ABŞ əslində müharibə aparmaq üçün deyil, daha çox qarşı tərəfi çəkindirmək və qorxutmaq üçün bölgəyə daxil olub. Müharibəyə hazırlıq ehtimalı var, amma bu, çox xərcli və riskli bir addımdır. Rusiyanın Ukraynada üzləşdiyi uzunmüddətli müharibə ssenarisi ABŞ üçün də təkrarlana bilər. İranla müharibə Ukraynadakı münaqişədən daha uzun və ağır nəticələr doğura bilər. Bu baxımdan ABŞ-nin ehtiyatlı davranması daha real görünür".
Şahanə Ziyad

Siyasi       Tarix: 25 mart 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeber en son xeberler bu gun en son xəbərlər bugün havanın temperaturu