İranlı mütəxəssislər Tehranın Qarabağ probleminə yanaşmasını dəyərləndirdi - TƏHLİL

İranlı mütəxəssislər Tehranın Qarabağ probleminə yanaşmasını dəyərləndirdi - TƏHLİLİranlı mütəxəssislər rəsmi Tehranın Dağlıq Qarabağ probleminə mövqeyini tənqid edib.
Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, beynəlxalq münasibətlər üzrə mütəxəssis Fərzad Səmədli İranın Azərbaycandan daha çox Ermənistana yaxın münasibət bəslədiyini söyləyib.
"İranın siyasəti 1981-ci ildə vəzifəyə gətirilən və 16 il Xarici işlər naziri çalışan Əli Əkbər Vəlayətindən bəri Ermənistana daha yaxın olmaq oldu. Təbii ki, bu mövqe Vəlayətidən deyil, İran dövlətindən qaynaqlanır.
İranın milli maraqları nəzərə almadan Dağlıq Qarabağ böhranında etnik təməlli siyasəti həyata keçirməsi ziddiyyətli davranışlara yol açır, bu vəziyyətdən ən çox zərər çəkən isə İran xalqı olur. İran hökuməti əhalisinin əksəriyyətini təşkil edən və ölkə ticarətini əlində tutan türklərin istəkləri istiqamətində və beynəlxalq razılaşmalara uyğun olaraq Türkiyə və Pakistan kimi İslam ölkələrinin yolundan getməli və Dağlıq Qarabağı işğal edən Ermənistanın bu torpaqlardan çıxması üçün təşəbbüs göstərməlidir", - ekspert qeyd edib.
Onun sözlərinə görə, rəsmi Tehran Azərbaycanın inkişafından narahatdır: "İran rəsmi açıqlamalarında Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsini dilə gətirir, lakin reallıqda bu, özünü göstərmir. İran Bakı-Təl-Əviv münasibətlərindən narahat olmaqla yanaşı, Azərbaycanın İran türklərinin istiqamət mərkəzi olma potensialından təşvişə düşür".
İranın beynəlxalq münasibətlər üzrə mütəxəssisi və İranın Bakıdakı sabiq səfiri Əfşar Süleymani bildirib ki, Ermənistanın Dağlıq Qarabağa hücumu Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının ATƏT-in Minsk qrupunun cəhdləri ilə 1994-cü ildə imzalanan atəşkəs razılaşmasının pozulması deməkdir. Rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsi lazımdır. Bu da işğal edilən bölgələrin Ermənistanın əlindən xilas edilməsi mənasına gəlir".
O qeyd edib ki, İran Ermənistanla turizm sektorunda əməkdaşlıq etməməklə Azərbaycanın maraqlarına uyğun davranmalı idi: "İran Azərbaycanla Erməənistan arasına girməkdən qaçır".
Zümrüd

Dünya       Tarix: 21 iyul 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı


son xeberler yeni xeberler azerbaycan xeberleri sosial yardim valyuta mezennesi banklar meherremlik 2026 son.xabar