İrəvan KTMT-dən çıxmaqla bağlı məlumat yaydı
"Təhlükəsizliyin təmin edilməsi və Ermənistanın KTMT-dən çıxması ilə bağlı kifayət qədər çox müzakirələr gedir".
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan deyib.
"Təbii ki, Ermənistanın KTMT-dən çıxması ilə bağlı kifayət qədər müzakirələr gedir. Xalq arasında nə müzakirə olunursa, parlamentdə də eyni şey müzakirə olunur. Müzakirələr var, amma KTMT-dən çıxmaq bir günün işi deyil. Bir gün qalxıb "mən getdim" deməklə də getmiş sayılmırsan. KTMT ilə bağlı çoxlu sazişlər var, çoxlu dövlətlərarası hüquqi aktlar var, bütün bunları müzakirə etmək və təhlil etmək lazımdır. Bundan əlavə, hazırda KTMT-dən çıxmağın bizə bir fayda verəcəyini düşünmürük. Milli və dövlət maraqlarını rəhbər tuturuq. Hər şeyi sakit düşünməliyik. Lazımi vaxtda görülən iş artıq uğurun yarısıdır və ya əksinə. Yaxın gələcəkdə belə planlar yoxdur, müzakirələr var, amma konkret layihələrin hazırlanması üzərində işləyən elə ciddi müzakirələr yoxdur", – o bildirib.//Axar.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ