İrəvan Moskva görüşünün gündəliyini açıqladı: "Mehri dəhlizi"...
Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 11 yanvarda Moskvada keçiriləcək danışıqların gündəliyi iqtisadi xarakter daşıyır. Ərazi məsələləri ilə bağlı heç bir sənəd imzalanmayacaq.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorkyan Feysbuk səhifəsində yazıb.
Gevorkyanın sözlərinə görə, söhbət Ermənistandan Rusiya və İrana, eləcə də Ermənistanın mərkəzi regionlarından Sünik (Zəngəzur) bölgəsinə regional rabitə, beynəlxalq yük daşımalarının açılmasından gedir.
Gevorkyan "Mehri dəhlizi" ilə bağlı Bəyanatda hər hansı bəndin olmaması haqda Paşinyanın fikrini də təkrarlayıb və bildirib ki, həmin ərazilərdə "kommunikasiyaların açılmasından" söhbət gedir.
Bu yerdə 10 noyabrda imzalanan Bəyanatın 9-cu bəndini xatırlamamaq olmur:
"9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək