İrəvan Moskvadan Avrasiya İqtisadi Komissiyasına şikayət etdi
Rusiyanın Ermənistandan idxal edilən kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi genişmiqyaslı qadağalardan sonra rəsmi İrəvan məsələni beynəlxalq hüquqi müstəviyə daşıyıb. Ermənistan hökuməti ticarət blokadası ilə bağlı Avrasiya İqtisadi İttifaqının (AVROMİTT) ali icraedici orqanına rəsmən müraciət edib.
KONKRET.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan parlamentdə 2025-ci ilin dövlət büdcəsinin icrasına dair keçirilən müzakirələr zamanı deputatların suallarını cavablandırarkən bu barədə məlumat verib.
Nazir ölkəsinin üzləşdiyi iqtisadi təzyiqlərə qarşı rəsmi addımlar atıldığını bəyan edib: "Biz artıq bizə qarşı tətbiq edilən qadağalar, maneələr və məhdudiyyətlərlə bağlı Avrasiya İqtisadi Komissiyasına (AİK) müraciət etmişik. Orada müəyyən hüquqi prosedurlar var və biz həmin qaydalar çərçivəsində irəliyə doğru hərəkət edirik".
Papoyan həmçinin qeyd edib ki, Ermənistan hökuməti yerli ixracatçıların zərərini minimuma endirmək üçün daxili bazarda fitosanitar nəzarəti gücləndirməyə və eyni zamanda ixrac istiqamətlərini şaxələndirməyə çalışır. Siyasi və iqtisadi ekspertlər İrəvanın bu addımını Moskvanın "Rosselxoznadzor" vasitəsilə tətbiq etdiyi fitosanitar sanksiyalara qarşı hüquqi müqavimət cəhdi kimi qiymətləndirirlər. Lakin mütəxəssislər AVROMİTT daxilində Rusiyanın mütləq siyasi və iqtisadi çəkisini nəzərə alaraq, bu şikayətin Ermənistanın xeyrinə ciddi və operativ bir nəticə verəcəyinə şübhə ilə yanaşırlar.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK