İrəvan seçim qarşısında: "Bu, baş versə, Rusiya və İran Ermənistana "hücum edəcək"

İrəvan seçim qarşısında: Hazırda Zəngəzur dəhlizinin nə vaxt açılacağı və orada hansı dövlətin sərhədçilərinin xidmət aparacağı əsas müzakirə olunan mövzulardan biridir. Belə ki, paşinyan dolayısı ilə dəhlizi Ermənistan hərbçilərinin qoruyacağına eyham vursa da, bu, Rusiya və İranı qane etmir. Ona görə də, hər iki dövlətin İrəvana müxtəlif vasitələrlə təzyiq göstərəcəyini düşünənlər az deyil. Bəs görəsən, Paşinyan təkbaşına addım atsa, bu halda Rusiya və İran İrəvana hansı formada "hücum" edə bilər?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Zəngəzur dəhlizinin tezliklə açılacağını proqnozlaşdırmaq olar:
İrəvan seçim qarşısında: "Çünki bu dəhlizin açılmasını istəyən qüvvələr, layihənin həyata keçiriləməsinə mane olanların sayından daha çoxdur. Xüsusilə, regionun böyük dövlətləri bu layihənin yaradacağı yeni imkanların fərqindədir. Onlar anlayırlar ki. Zəngəzur dəhlizi təkcə bir kommunikasiya layihəsi deyil, eyni zamanda regiona yeni iqtisadi nəfəs verəcək önəmli bir məsələdir. Ona görə də, Zəngəzur dəhlizinin açılması məsələsində böyük güc faktorları Azərbaycanın mövqeyini dəstəkləyir. Ancaq dəhlizin nə zaman açılacağı ilə bağlı konkret vaxt söyləmək doğru deyil. Noyabrın 5-nə qədər dəhlizin açılacağı ilə bağlı ehtimallar səsləndirilsə də, bununla bağlı dövlətlər arasında konsensus əldə olunmayıb və ortaq bəyanat yayılmayıb. Bu gün erməni analitiklərinin revanşist meylləri gücləndirmək üçün Zəngəzur dəhlizinin hansısa tarixdə açılacağı ilə bağlı səsləndirdiyi fikirlər absurddur və heç bir reallığı əks etdirmir".
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Samir Hümbətov bildirib ki, burada iki versiya mövcuddur:
İrəvan seçim qarşısında: "Birinci versiya odur ki, dəhlizin qorunması məsələsini Ermənistan Türkiyə, Azərbaycan və Qərblə razılaşdırıb. Belə ki, Ermənistan öz hərbçilərini yerləşdirəcək, Türkiyə və Azərbaycandan olan şəxslərin rahat keçidinə şərait yaradılacaq. Bu vəziyyət Azərbaycan və Türkiyənin maraqlarına uyğun ola bilər. Amma Rusiyas və İranın agentura şəbəkəsi Ermənistan daxilində mövcuddur. Ona görə də, dəhlizin qorunmasının Ermənistan hərbçilərinə həvalə olunmasına göz yumacaqlarını birmənalıı söyləmək doğru deyil. İrəvana mütləq təzyiq göstərməyə çalışacaqlar. İkinci məsələ isə NATO-nun burada öz hərbi kontingentini formalaşdırmaq istəyi ilə bağlıdır. Buna Rusiya və iranın reaksiyasının necə olacağını söyləmək çətindir. Hesab edirəm ki, bu cür davam etsə, ən optimal variant kimi "nə Rusiya, nə də NATO olsun" prinsipini ortaya atıla və Ermənistanın öz sərhəd qoşunlarının xidmət aparması təmin edilə bilər. Amma qeyd etmək lazımdır ki, Rusiya Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədindən geri çəkilirsə, bunun arxasında hansısa təxribatın dayanması mümkündür. Yəni Rusiyanın Ermənistan daxilindəki gücləri vasitəsilə sərhəddə təxribat törətməsi mümkündür. Rusiya və İran özünün Ermənistan daxilindəki aktiv şəbəkəsi vasitəsilə İrəvana həm siyasi, həm iqtisadi, həm də hərbi təzyiq göstərə bilər".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 21 oktyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində


son xeberler azerbaycan xeberleri yeni xeberler futbol xeberleri en son xeberler apa.az xeberler hava proqnozu