İrəvan supergüclərin boks rinqinə çevrilib – Erməni siyasi texnoloq
"Ermənistan supergüclərin boks rinqinə çevrilib. Hansı ki, bir-birinə qarşı döyüşdən əvvəl üzərimizdə "məşq" edirlər. Bu isə narahatlıq doğurmaya bilməz".
KONKRET.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu siyasi strateq Karen Köçəryan "Rusiyaya müqavimət göstərmək üçün" Ermənistanda Kanada səfirliyinin açılması ilə bağlı bəyanatı şərh edərkən bildirib.
"Başqa sözlə, Ermənistanın imici və suverenliyi o qədər aşağı düşüb ki, fövqəldövlətlər bizim üzərimizdə məşq edirlər və bu zaman özlərini haqlı sayırlar", deyə o, qeyd edib.
Köçəryan bildirib ki, Kanada səfirliyinin açılması çoxdan gözlənilən müsbət addımdır, lakin verilən bəyanat qəbuledilməzdir.
"Rusiya bizim strateji müttəfiqimizdir, Qərb isə strateji tərəfdaşdır. Ona görə də Ermənistan diplomatik bəyanatla çıxış etməlidir və bildirməlidir ki, rəsmi İrəvan boks rinqi deyil, hər kəs problemini digər yerlərdə həll etsin. İndiki hakimiyyət elə vəziyyət yaradıb ki, kim nə istəyirsə, deyir və bütün bunlar Ermənistanın hesabına baş verir", – deyə siyasi strateq vurğulayıb.
Roman Göytürk,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?