İrəvanın 8 kəndimizi qaytarma şərti - Erməni KİV
30 noyabrda Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının sərhəddə keçirilən 5-ci iclası ilə bağlı bəzi yeni təfərrüat yayılıb.
KONKRET.az xəbər verir ki, erməni mediası görüşdə Ermənistan tərəfdən Baş nazirin müavini Mger Qriqoryanla yanaşı, Kadastr Komitəsinin rəis müavini və MTN əməkdaşlarının da iştirak etdiyini bildirib.
Görüş sərhəddə yerləşən çadırda baş tutub – hansısa binada deyil.
Erməni mediası anklavlar məsələsinin də müzakirə edildiyini, onların qaytarılması istiqamətində razılıq olduğunu yazıb. Buna Nikol Paşinyanın "Ermənistanın 29 800 kilometr ərazisinə Sovet dövründə Azərbaycana məxsus olan anklavlar daxil deyil" fikirləri əsas kimi göstərilib.
Həmçinin Ermənistan parlamentinin sədri Alen Simonyanının bir neçə gün öncəki açıqlamasına da yer verilib: "İrəvan Başkəndi almaq müqabilində Sovet dövründə mövcud olan anklavları Bakıya qaytarmağa hazırdır".
Tavuş qubernatoru isə anklavlarla bağlı 30 noyabrda heç bir razılıq əldə edilmədiyini açıqlayıb:
"Məndə olan məlumata görə, hələlik heç bir razılaşma yoxdur".//Axar.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda