İrəvanla Kremlin Ankara PLANI: Bakı indiki qədər MÜSTƏQİL olmayacaq? - ŞƏRH

İrəvanla Kremlin Ankara PLANI: Bakı indiki qədər MÜSTƏQİL olmayacaq? - ŞƏRH"Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar".
KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyevin aprelin 18-də verdiyi müsahibənin bu hissəsi Arayik tayfasını qorxuya salıb.
Onlar rus sülhməramlılarına arxayınlaşmağın da bir işə yaramadığını anlamağa başlayıblar. Bəlkə də adıçəkilən kontingent sırf buna görə Qarabağda 2 dəfə atəşkəsin pozulduğu barədə məlumat yayıb. Maraqlıdır ki, Bakının icazəsilə Qarabağda xidmət edən "moskviç"lər yaydığı rəsmi xəbərlərin çoxunda atəşkəsi Azərbaycanın pozduğunu qeyd edilir. Sanki bu yolla özlərini ermənilərə əziz-xələf kimi sırıyırlar.
Qeyd edim ki, üçtərəfli bəyanata əsasən separatçılar tərksilah olunmalıdır. Sepahməramlıdır, sülhməramlıdır, nədir, həmin missiya qanunsuz silahlı birləşmələri vaxtında zərərsizləşdirsəydi, atəşkəs pozulmazdı.
Düzü, istər Xankəndidəki separatçılar, istərsə də İrəvandakı aparatçılar Rusiyaya soyuq yanaşa bilmirlər. Çünki Moskva onlardan üz çevirsə, hindli-fars silahlarına möhtac qalacaqlar. Erməni ekspertlərin özləri də etiraf edirlər ki, İrəvanın əli çatan silah bazarları çox deyil.
Fransa lideri Makronun da Nikol Paşinyan səviyyəsində biri olduğu üçün ermənilər Emmanuelə çox bel bağlamır. Belə deyək, Prezident İlham Əliyev Nikolu təlxək adlandırırdısa, Paşinyan da Makronun müqəvva olduğunu bilir. Sadəcə, hazırda Parisin Avropa təsisatlarında at oynatması İrəvanın işinə yarayır. Yoxsa alnında yumurta partlayan avropalı siyasətçi ilə heç Paşinyan da bir araya gəlməzdi.
Boyu bəstə olduğu üçün Makronun özünü Bonapart sayması yersizdir. Bakı bu fransıza dəfələrlə xəbərdarlıq etmişdi ki, "bizimlə yumurta döyüşdürmə, başında partlayacaq". Əslində Emmanuel son seçki platformasında üzünə vətəndaş qapazı dəyəndə ağıllanmalıydı. Onsuz da qürur edib namizədliyini geri çəkəsi deyildi, heç olmasa, nəticə çıxarardı. Daha əvvəl də xəbər verdiyimiz kimi, Amerikada Baydenin, Fransada Makronun birinci adam kimi ortalığa atılması gizli idarəçilərin baş qatmaq taktikasıdır. Massonların dəyirmi masa müzakirələrində eyni ssenarini Türkiyə üçün də nəzərdə tutublar. Qərb namuslu sözü ilə namussuzu tez-tez səhv salan Kamal Qılıncdaroğlunu Türkiyədə hakimiyyətə gətirmək istəyir.
Əlbəttə ki, R.T.Ərdoğanın qarşısında "altılı masa" namizədinin, yaxud Qərbdən maliyyələşən digər "şestyorka"nın seçilmək şansı heçə bərabərdir. Elə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da mövzu ilə bağlı yaddaqalan çıxış edib.
Hazırda Ərdoğana rəqib olanlar II Qarabağ savaşında Türkiyənin Azərbaycanı dəstəkləməsinə qarşı çıxırdılar. Onsuz da bu faktları bilməzdən qabaq da Türkiyədə digər siyasi təfəkkürə malik fiqurun hakimiyyətə gəlişi Azərbaycanda narahatlıqla təsəvvür olunurdu. Etiraf etmək lazımdır ki, Bakının Ankara ilə yaxınlaşması müstəqil Azərbaycanın müstəqil siyasətini daha da müstəqilləşdirdi.
– Əvvəl Rusiyanın bostanına daş atmaq olardı?
Təkcə Lavrova Qarabağla bağlı sual verdiyinə görə o vaxt adaşımı "Lider TV"dən uzaqlaşdırmışdılar.
– Amma indi?
Lavrovu erməni əsilli adlandırandan tutmuş, Putini Rasputinlə müqayisə edənəcən hamı işləyir. Rusiya bu durumdan məmnun deyil və dişini-dişinə sıxaraq gözləyir. Kreml Ərdoğanın seçilməməsi üçün əlindən gələni əsirgəməyəcək. Çünki Ərdoğan Qara dəniz, Şərqi Avropa, Afrikanın şimalı, Yaxın Şərq, Cənubi Qafqaz, Qarabağ, MDB-yə üzv türkdilli dövlətlərdə böyük nüfuz sahibidir. Rusiyanın kurasiyasında olan MDB, KTMT, Avrasiya İqtisadi Birliyi varkən, qitənin adıçəkilən təsisatlara üzv ölkələri Türk Dövlətləri Təşkilatı (TDT) ətrafında birləşdi. Bütün bunlarla Ərdoğan Putinə siyasi meydanda sarı vərəqə göstərmiş kimidir, ikinci eynirəngli kart isə qırmızı effektində olacaq.
• Akkuyu AES və S-400 əməkdaşlığına görə Putinin Ərdoğanı çox istəməsi bu il Azərbaycanda minimum əməkhaqqının 600 AZN olacağı qədər inandırıcıdır.
• Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Şuşada bəyannamə imzalaması I Pyotrun vəsiyyətlərini qovluğa yığıb Kremlin başına çırpmaqdan betər idi.
Sənəd Azərbaycana üçüncü ölkənin müdaxiləsi zamanı Türkiyənin məsələyə qarışmasını şərtləndirir. Yəni bu bəyannamə var deyə Rusiyanın 366-cı motoatıcı alayı azərbaycanlılara qarşı yeni Xocalı soyqırımları törətməkdən çəkinəcək. Sənəd hər iki ölkənin parlamentində ratifikasiya olunsa da, Ərdoğan təkrar seçilməyəcəyi təqdirdə Türkiyənin yeni iqtidarı bəyannamədən imtina edə bilər. Belə olan halda güvəndiyimiz dağlara qar yağır və qismən təklənmiş oluruq. Türkiyə ilə qardaşlıq əsnasında Moskva ilə Tehranda yaratdığımız kin-kidurəti nəzərə alanda Bakının indiki müstəqilliyi, xarici siyasətdəki fikir azadlığı, bəyanat sərbəstliyi nə vaxtsa məhdudlaşa bilər.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 20 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler xeber.az son xeberler zelzele xəbərlər.com