Vüsaldan ilk AÇIQLAMA
Bir neçə gün öncə beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev açıqlama yayıb.
azxeber.com xəbər verir ki, Vüsal sosial media hesablarında səhhətinin yaxşı olduğunu bildirib:
"Şükür mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram. Telefonu bu gün veriblər mənə. O qədər mesaj, zəng gəlib. Narahat olan, dua edən, maraqlanan hər kəsə dərin təşəkkürümü bildirirəm var olun. Bütün paylaşımlara,mesajlara cavab verə bilmirəm. Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum uzaq durmalıyam.Sadəcə narahatlığınızı anlayıb bu paylaşımı etməyə özümə borc bildim.
Respublika Diaqnostika Mərkəzinə, başda ölkənin bir nömrəli invaziv radioloqu,insan kimi insan Ağakişi Yəhyayevə və tibbi personala, yardım göstərmək istəyən hər kəsə, doğmalarıma xüsusən üstümdə əsən bütün vəziyyəti kontrolda saxlamağı bacaran bacım Dilarəyə dərin təşəkkürümü bildirirəm. Ölüm qaşla göz arasındadı. Özümə qarşı laqeyd yanaşırdım. Bəlkə də bu bir xəbərdarlıq idi ki, məni silkələdi.
Təbii ki,bundan sonra sağlamlığımla bağlı çox şeyi dəyişməli olacam. Dostlar, kiminsə zənginə, mesajına cavab verməsəm inciməsin məndən sadəcə bir müddət rahatlıq, sakitlik içində olmalıyam sonra yenə həyat, iş öz axarında davam edəcək.Necə deyərlər, məndən qurtulmaq asan deyil. Özünüzü qoruyun".
Xidmetler [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür