NATO-da Azərbaycanın Silahlı Qüvvələr Günü qeyd edilib

NATO-da Azərbaycanın Silahlı Qüvvələr Günü qeyd edilibAzərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi tərəfindən NATO-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə bağlı rəsmi qəbul keçirilib.
Azərbaycanın NATO yanında Nümayəndəliyindən azxeber.com-a verilən xəbərə görə, qəbulda ilk dəfə olaraq, NATO Baş katibinin Siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi səfir Boris Ruge və Alyansın Hərbi Komitəsinin sədri Admiral Cüzeppe Kavo Draqone, eləcə də Alyansın digər yüksək səviyyəli rəsmiləri və NATO-nun üzv və tərəfdaş dövlətlərinin Alyans yanındakı səfirləri və hərbi nümayəndələri iştirak edib.
Rəsmi qəbulun açılışında çıxış edən Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə ölkəmizin suverenliyi və ərazi bütövlüyünün keşiyində duran Silahlı Qüvvələrimizin 1990-cı ilin əvvəllərindən başlayaraq çətin və keşməkeşli yollar keçərək, Ümummilli lider Heydər Əliyev və müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin böyük diqqət və səyləri nəticəsində bu gün bacarıqlı, peşəkar və texnoloji cəhətdən inkişaf etmiş bir qüvvəyə çevrildiyini ifadə edib.
Çıxışında Prezident İlham Əliyevin müdrik, rasyonal və uzaqgörən xarici siyasəti və qətiyyətli rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qanuni və qəti tədbirlər görərək Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarını azad etdiyini, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü bərpa etdiyini və Ermənistan – Azərbaycan münaqişəsini bitirməklə regionda dayanıqlı sülhün təməlini atdığını bildirib.
O, həmçinin Azərbaycan Respublikası Prezidentinin qərarı ilə 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edildiyini söyləyib.
Çıxışda Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə töhfəsi, ölkəmizin Kosovo və Əfqanıstanda NATO-nun sülhə dəstək əməliyyatlarında iştirakı, Əfqanıstanı tərk edən son tərəfdaş dövlət olduğu, o cümlədən ölkəmiz tərəfindən Avropada NATO üzv və tərəfdaş ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsindən irəli gələrək Alyans tərəfindən Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı kimi tanınması ifadə edilib. Əlavə olaraq, son İran - İsrail hərbi qarşıdurması fonunda İrandan üçüncü dövlətlərin vətəndaşlarının, eləcə də diplomatik nümayəndəlik üzvlərinin təhlükəsiz təxliyəsinin təmin edilməsində ölkəmizin roluna vurğu edilib.
NATO Baş katibinin Siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi səfir Boris Ruge çıxışında Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olmasından bəhs edib, Alyansın ölkəmizin NATO-nun sülhə dəstək əməliyyatlarına, həmçinin müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinə töhfəsini təqdir edərək, hazırda İran – İsrail qarşıdurmasında üçüncü dövlətlərin vətəndaşlarının və diplomatik nümayəndəlik üzvlərinin təxliyəsindəki rolunu yüksək qiymətləndirib.
Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında hərbi nümayəndəsi Ramil Həsənov öz çıxışında Silahlı Qüvvələrimizin yaranması və inkişaf yolu, eləcə də Azərbaycanın NATO ilə hərbi sahədə tərəfdaşlığı haqqında məlumat verib.
NATO Hərbi Komitəsinin sədri Admiral Cüzeppe Kavo Draqone nitqində əsası 1918-ci ildə qoyulmuş Azərbaycan Silahlı Qüvvələrinin bu gün yüksək mətanət və məsuliyyətə sahib müasir bir qüvvə olduğunu ifadə edib. Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun sülhə dəstək əməliyyatlarında töhfəsini və hərbi təlimlərdəki fəal iştirakını qeyd edən C.K.Draqone, Azərbaycanın yalnız regional aktor yox, öz regionu xaricində qlobal sülh və təhlükəsizliyə önəm verən etibarlı bir tərəfdaş olduğunu bildirib.
Rəsmi qəbul çərçivəsində Alyansla tərəfdaşlığımızı, Ulu Öndər Heydər Əliyevin NATO ilə tərəfdaşlığa mühüm töhfələrini, Prezident İlham Əliyevin NATO mənzil-qərargahına səfərini və Alyansın rəsmiləri ilə görüşlərini əks etdirən fotosərgi təşkil edilib.

Siyasi       Tarix: 27 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


azerbaycan xeberleri son xeberler yeni xeberler maliyye xeberler bugun sonxeber.az sonxabar valyuta mezennesi 2026