"İrşad" mağazalar şəbəkəsi inamla genişlənir

"İrşad" mağazalar şəbəkəsi inamla genişlənir"İrşad" mağazalar şəbəkəsi inamla genişlənir
Alıcılarına geniş çeşid təklif edən və smartfon, elektronika, məişət texnikası üzrə ixtisaslaşan Azərbaycanda tanınmış "İrşad" mağazalar şəbəkəsi ölkənin regionlarında genişlənməkdə davam edir.
"İrşad" bu gün artıq sayca 37-ci olan Xaçmaz mağazasını alıcılarının istifadəsinə verir. Mağaza rayonun Nəriman Nərimanov küçəsi 58B ünvanında yerləşir. 400 kv. metr sahəni əhatə edən mağaza yeni interyer üslubda dizayn edilib. Müştərilərin rahatlığını təmin etmək üçün və keyfiyyətli xidmət göstərmək məqsədilə mağaza bütün lazımı avadanlıqlar və peşəkar satış, xidmət heyəti ilə təchiz edilib. Yeri gəlmişkən "İrşad" regionların inkişafına töhfə vermək üçün və işsizliyin azaldılması məqsədilə mağazalarda yalnız həmin regionlardan olan işaxtaranları işlə təmin edir.
Regiona gəlişini sakinlər üçün bayrama çevirmək niyyətində olan "İrşad", Xaçmaz mağazasının açılışı münasibəti ilə cəlbedici və stimullaşdırıcı kampaniya və aksiyalara start verib. 12 martdan 21 martadək müddəti əhatə edəcək açılış kampaniyasında Xaçmaz sakinlərinə smartfonlar və notbuklar 12 aya, məişət texnikası və TV-lər isə 18 aya ilkin ödənişsiz və faizsiz kreditlə təklif edilir. Üstəgəl nəğd və taksitli alış zamanı Xaçmazlılara 30%-dək endirimlər də əlçatandır.
Müştərilər hazırda bütün mağazalarda davam edən Şad+ stimullaşdırıcı aksiyasından da yararlana bilərlər.
"İrşad" 2019-cu ildən başlayaraq xidmət şəbəkəsini genişləndirməklə yanaşı mağazaların interyer dizaynlarını da müasir standartlara uyğun yeniləyir. Təkcə son bir ay ərzində şirkət özünün yeni üslubda olan Tovuz, Şəmkir və Mingəçevir mağazalarını da artıq müştərilərin istifadəsinə təqdim edib. Həyata keçirilən işlərin məqsədi müştərilərə göstərilən xidmət keyfiyyətinin səviyyəsini qaldırmaq və məhsulları sərfəli şərtlərlə daha əlçatan etməkdir. "İrşad" müştəriləri növbəti aylar ərzində Ağcabədi, İmişli, Sabirabad, Cəlilabad rayonlarında da öz sevimli mağazalarını qarşılayacaqlar. Həmin mağazalarda təmir-bərpa işləri tam sürətlə davam edir və tamamlanmaq üzrədir. Hazırda, Azərbaycanda 37 mağaza və təmir xidmət mərkəzi fəaliyyət göstərir ki, onlardan 21-i Bakıda digərləri isə regionlarda yerləşir. /oxu.az

Sosial       Tarix: 12 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az son xeberler az maşın realiti şou xabarlar