İş adamının nəvəsi qadını belə güllələyib – Təfərrüat

İş adamının nəvəsi qadını belə güllələyib – TəfərrüatAğdaş rayonunda yeniyetmə oğlanın qonşu qadını güllələməsinin təfərrüatı məlum olub.
KONKRET.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, 14 yaşlı M.Əliyev tez-tez atasına məxsus tir tüfəngi ilə küçədə və çöllük sahədə güllə atırmış.
O, həmin gün də yaşadığı küçədə eyni hərəkətləri edib. M.Əliyev küçənin bir tərəfində dayanıb qarşı tərəfdə hədəf nöqtə təyin edib və həmin nöqtəyə atəş açıb. Yeniyetmə iki dəfə hədəfi nişan alsa da, onu vura bilməyib. Bundan əsəbiləşən M.Əliyev üçüncü dəfə hədəfə atəş açıb. Nəticədə güllə küçədə olan qadına dəyib. Ailə üzvlərinin köməyi ilə qadın xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır. Hadisədə istifadə edilən tir tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.
Məlumata görə, M.Əliyevin babası Məhəmməd Əliyev rayonun ən tanınmış biznesmenlərindəndir. Onun Ağdaş, Göyçay və Mingəçevirdə tikinti materialları mağazaları, restoran və digər obyektləri var.
O da iddia olunur ki, yeniyetmə rayon ərazisində və yaşadığı küçədə dəfələrlə hədəfə atəş açıb və onun bu əməlləri sakinlər tərəfindən narazılıqla qarşılanıb. Lakin o, bu narazılıqlara məhəl qoymadan əməlinə davam edib. Babası Məhəmməd Əliyevə görə isə yeniyetmənin bu əməlləri barədə aidiyyəti qurumlara məlumat verən olmayıb. Yalnız sonuncu dəfə baş verən hadisədən sonra bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hadisə       Tarix: 23 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Lənkəranda evdən 75 min manat pul oğurlandı - Saxlanılanlar var

Lənkəranda evlərin birindən küllü miqdarda pul oğurlayanıb. KONKRET.azxəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75 0

"Aşk-ı Memnu"nun "Arsen"i vəfat etdi

Məşhur "Aşk-ı Memnu" serialında "Arsen" obrazını canlandıran tanınmış aktrisa Gülsen Tuncer 81 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Qeyd edək ki, Gülse

Türkiyəni qarışdıran əməliyyatın detalları - Açıqlandı

Ötən gün Türkiyədə LGBTİ+ dərnəklərinə, aktivistlərə və gecə klublarına qarşı genişmiqyaslı "Ailəm Təhlükəsizlikdədir" (Ailem Güvende) adlı xüsusi əməliyyat keçirilib. xəbər verir ki, bu barədə DHA məlumat yayıb

Cəlilabadda "Mercedes" transformatora çırpıldı - Xəsarət alan var

Cəlilabadda "Mercedes" markalı minik avtomobili yol kənarındakı elektrik transformatoruna çırpılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçə

Göygöldə ər arvadını qətlə yetirib

Göygöldə qətl hadisəsi baş verib. xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisindən qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib

İş adamının nəvəsi qadını belə güllələyib – Təfərrüat

Ağdaş rayonunda yeniyetmə oğlanın qonşu qadını güllələməsinin təfərrüatı məlum olub. bildirir ki, -ın əldə etdiyi məlumata görə, 14 yaşlı M.Əliyev tez-tez atasına məxsus tir tüfəngi ilə küçədə və çöllük sahədə güllə atırmış

Ağdamda kəhriz quyusundan meyit tapıldı

Ağdam rayonunun Şelli kəndində ölüm hadisəsi baş verib. apa-ya istinadən xəbər verir ki, kənd ərazisində yerləşən kəhriz quyusundan Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Hacıyev Müşfiq Aqil oğlunun meyiti aşkarlanıb

Hərbçimiz yol qəzasında həlak oldu

Azərbaycan Ordusunun hərbçisi yol qəzasında həlak olub.  "Unikal"a istinadən xəbər verir ki, hadisə sentyabrın 18-də Füzuli rayonun Mirzəcamallı kəndi ərazisində baş verib. Belə ki, hərəkətdə olan "Mercedes"

Gəncədə iki nəfəri bıçaqlayan şəxs tutuldu

Gəncədə iki nəfəri bıçaqlayan şəxs tutulub. KONKRET.azapa-ya istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü E.Qurbanova və E.İbrahimova bıçaqla xəsarət yetirən şəxs saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlə


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər kriminal bugun idman xeberleri xeber